Icma.az
close
up
RU
Hiperaktiv uşaqlar eyni zamanda üstün zəka sahibi uşaqlardır PSİXOLOQ AÇIQLADI

Hiperaktiv uşaqlar eyni zamanda üstün zəka sahibi uşaqlardır PSİXOLOQ AÇIQLADI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Hiperaktiv uşaqlar eyni zamanda üstün zəka sahibi uşaqlardır. Çünki onlar daha çevik addımlarla verilən tapşırıqları vaxtında yerinə yetirirlər. Hətta biz bunu oyunlar zamanı da müşahidə edə bilirik. 3–6 yaş oyunlarının içərisində bir anın içində töküb-dağıtdıqları hər şeyi birdən-birə səliqə ilə yerinə qoymağı bacarırlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, amma bir də var ki, hiperaktiv uşağın nevroloji məqamları olsun. Bu zaman mütləq şəkildə nevroloqun müalicəsi, psixoloqun korreksiyası və əgər kekələmə varsa, loqopedin müdaxiləsi vacibdir. Ümumiyyətlə, hiperaktiv uşaqlar deyildikdə bəzən valideynlər narahat olurlar və ilk sualları bu olur: “Doktor, autizm deyil ki?” Amma hiperaktivliklə autizm arasında böyük fərq var: "Hiperaktiv uşaqlar üstün zəkalıdırlar və diqqəti cəlb edən cəld hərəkətləri olur. Onlar temperamentlərinə görə – məsələn, xoleriklərdə daha çox çılğınlıq, sanqviniklərdə isə təşkilatçılıq və liderlik qabiliyyəti görmək mümkündür. Bu uşaqlar gələcəkdə öz yerini tapan, uğurlu insanlar ola bilərlər. Onları “hiperaktivdir” deyib kənara atmaq olmaz. Onlarla xüsusi davranış qaydaları olmalıdır.

Müəllimlər bəzən məktəblərdə bu uşaqları tənqid edirlər – “dayanmır, sakit durmur” – amma əgər yönləndirilsələr, çox düşüncəli və emosional zəkaya sahib bir fərd kimi yetişdirilə bilərlər. Bu da tərbiyə, yüngül qadağalar və sərhədlərlə mümkündür. Cəzalar düzgün verildikdə uşağın şəxsiyyəti formalaşır.

Əgər bu uşaqlar vaxtında korreksiyaya yönləndirilməzsə, sonradan psixoloji olaraq cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkə bilərlər. Bəziləri böyüyəndə etiraf edir ki, vaxtında ağladıqda istədiyini alıb, amma bu vərdiş sonradan işə yaramır. Odur ki, hiperaktiv uşaqlardan qorxmaq yox, onları düzgün istiqamətləndirmək lazımdır. Ən yaxşı nəticə – nevroloq, psixoloq və loqopedin kompleks yanaşması ilə əldə edilir. Beləliklə, bu uşaqları daha sağlam və emosional zəkalı şəkildə böyütmək mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri