Icma.az
close
up
RU
Hiperaktiv uşaqların valideynlərinin bilməsi lazım olan əsas məqamlar Psixoloq AÇIQLADI

Hiperaktiv uşaqların valideynlərinin bilməsi lazım olan əsas məqamlar Psixoloq AÇIQLADI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Uşaqlarda müşahidə olunan diqqət əskikliyi və hiperaktivlik sindromu neyroinkişaf pozuntusu olaraq qəbul edilir. Bu sindrom adətən diqqət əskikliyi və hiperaktivlik kimi yanaşı hallarda özünü göstərir. Hiperaktivlik göstərən uşaqlarda diqqətin toplanması, davamlılığı və paylanmasında müəyyən çətinliklər müşahidə olunur. Lakin bütün hərəkətli uşaqları hiperaktiv kimi qiymətləndirmək düzgün deyil. Hal-hazırda cəmiyyətdə bu mövzu ilə bağlı yanlış məlumatlar geniş yayılıb və valideynlər bu səbəbdən narahatlıq və həyəcan yaşayırlar. Onların ən çox maraqlandığı suallar arasında bu problemin tamamilə aradan qalxıb-qalmayacağı, səbəbləri və texnologiyanın təsiri durur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva uşaqlarda tez-tez rast gəlinən hiperaktivlik sindromundan danışarkən bildirdi.

"Hiperaktivlik sindromu zamanla dəyişə bilər. Bəzi uşaqlarda məktəb illərində simptomlar xeyli yüngülləşir və gündəlik həyat tələblərinə uyğunlaşmaq asanlaşır. Araşdırmalara görə, uşaqların təxminən 30-40%-də simptomlar böyüdükcə əhəmiyyətli dərəcədə azalır, digərlərində isə yeniyetməlik və yetkinlik dövründə müəyyən əlamətlər davam edə bilər. Beləliklə, hiperaktivlik tamamilə yox olmaqdan çox, idarə oluna bilən və yüngülləşdirilə bilən bir vəziyyət kimi qəbul edilir. Düzgün müalicə və dəstək psixoterapiya, davranış terapiyası, valideyn maarifləndirilməsi və lazım gəldikdə dərman müalicəsi uşağın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Hiperaktivliyin yaranma səbəbləri multifaktorialdır. Genetik amillər əsas rol oynayır və valideynlərdən birində DƏHS varsa, uşaqda bu pozuntunun yaranma riski yüksəkdir. Beyin inkişafı və neyrobioloji faktorlar da təsir göstərir. Diqqət və özünü idarə etmə ilə bağlı beyin sahələrində fərqliliklər müşahidə olunur".

Psixoloq əlavə etdi ki, mühit amilləri, məsələn doğuş zamanı çətinliklər, erkən yaşda stres, qeyri-sabit ailə mühiti və ekran qarşısında həddindən artıq vaxt keçirmə mövcud genetik meyilliliyi və hiperaktivlik sindromunu gücləndirə bilər:

"Diqqət əskikliyi uşaqların akademik göstəricilərinə də mənfi təsir edir. Diqqətini toplamaqda çətinlik çəkən uşaq dərslərindən geri qala bilər və zaman-zaman özgüvən problemləri ilə qarşılaşa bilər. Bu səbəbdən valideynlər uşağın narahatlıqlarını müşahidə etdikdə vaxt itirmədən uşaq psixiatrına müraciət etməlidirlər. Telefon, planşet və kompüter oyunlarının hiperaktivliyə təsiri son illərdə geniş müzakirə olunur. Araşdırmalar göstərir ki, ekran qarşısında uzun müddət qalmaq hiperaktivliyi yaratmasa da, simptomları artıra bilər və yuxu pozuntularına səbəb ola bilər. Bu da diqqət və davranış problemlərini gücləndirir".

Mütəxəssis məsləhət görür ki, hiperaktiv uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılsın, əvəzində açıq hava oyunları, yaradıcı fəaliyyətlər və ünsiyyət bacarıqlarını inkişaf etdirən məşğələlərə üstünlük verilsin.

"Hiperaktiv uşaqların gündəlik həyatında davamlı və ardıcıl qaydalar önəmlidir. Planlı həyat onların həm diqqətini toplamaqda, həm də özünü idarəetmədə çətinliklərini yüngülləşdirir. Uşağın eyni vaxtda oyanması və yatması vacibdir, yuxu rejimi pozulduqda hiperaktivlik əlamətləri artır. Səhər yeməyi, geyinmə və məktəbə hazırlaşma prosesləri kiçik mərhələlərə bölünmüş ardıcıl addımlarla aparılmalıdır. Ev tapşırıqları qısa müddətli hissələrə bölünməli, diqqət yayındırıcı amillər minimuma endirilməlidir. Gün ərzində fiziki fəaliyyət uşaqların enerji sərf etməsini və sakitləşməsini təmin edir. Açıq hava oyunları, idman və gəzinti impulsivliyi azaldır. Telefon, planşet və kompüter istifadəsi gündəlik limitləşdirilməli, əsasən tədris məqsədli və yaradıcı proqramlarla məhdudlaşdırılmalı, yatmazdan əvvəl ekran dayandırılmalıdır. Axşam saatları sakitləşdirici fəaliyyətlərlə keçməli, günün sonunda təkrarlanan ritual uşağın təhlükəsizlik hissini gücləndirir. Valideynlərin müsbət gücləndirməsi uşağın özünə inamını artırır. Şəkərli qidalar, qazlı içkilər və enerji içkiləri uşaqlarda əsəbilik, diqqət pozuntusu və hərəkətliliyi artıra bilər. Beləliklə, hiperaktivlik sindromu uşaqlarda tamamilə yox olmasa da, düzgün dəstək və müdaxilə ilə simptomların xeyli dərəcədə azalması mümkündür. Onun yaranmasında həm genetik, həm də mühit faktorları rol oynayır. Texnologiyanın həddindən artıq istifadəsi simptomları gücləndirə bildiyi üçün diqqətlə tənzimlənməlidir. Valideynlərin anlayışlı və dəstəkləyici yanaşması uşağın inkişafında mühüm rol oynayır", - deyə Pərvanə Musayeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri