Icma.az
close
up
RU
Hipertoniyaya qarşı ən təsirli dərman preparatı hazırlanıb

Hipertoniyaya qarşı ən təsirli dərman preparatı hazırlanıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Dayanıqlı və nəzarətsiz hipertoniyanın müalicəsi üçün yeni dərman olan “Baxdrostat”ın klinik sınaqlarının üçüncü mərhələsi eksperiment iştirakçılarının 40%-də qan təzyiqini normallaşdırıb və bu göstəricini orta hesabla 10 mm Hg azaldıb. London Universitet Kollecinin mətbuat xidməti bildirir ki, bu, infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldacaq.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, London Universitet Kollecinin professoru Brayan Uillyams deyib: “Biz davamlı və nəzarətsiz hipertoniya üçün terapiyanın yaradılmasında irəliyə doğru böyük bir addım atdıq. Qan təzyiqini orta hesabla təxminən 10 mm Hg azalda bildiyimiz üçün xüsusilə şadıq, çünki belə bir azalma infarkt, insult, böyrək xəstəliyi və ürək çatışmazlığı riskini əhəmiyyətli dərəcədə aşağı salır”.

Alimlər bu qənaətə Amerikanın “CinCor Pharma” şirkəti və Britaniya-İsveç korporasiyası “AstraZeneca”nın mütəxəssisləri tərəfindən hazırlanmış hipertoniya üçün yeni perspektivli dərman olan “Baxdrostat”ın klinik sınaqlarının üçüncü mərhələsi zamanı gəliblər. Bu dərman aldosteron hormonunun istehsalından məsul olan CYP11B2 fermentini yatıran qısa bir molekuldur.

Bu zülalın həddindən artıq yüksək aktivliyi onun daşıyıcısının orqanizminin su və duz saxlamağa başlamasına səbəb olur. Nəticədə, beta-blokçular və yüksək qan təzyiqi üçün mövcud olan əksər digər dərmanlara cavab verməyən hipertoniyanın ağır forması inkişaf edir. Dünyanın iki yüz klinikasından 800 xəstənin iştirakı ilə alimlər tərəfindən aparılan təcrübələr göstərdi ki, “Baxdrostat” mənfi yan təsirləri olmadan CYP11B2 fermentini effektiv şəkildə bloklaya və aldosteronun konsentrasiyasını azalda bilər. Nəticədə tədqiqat iştirakçılarının təxminən 40%-də qan təzyiqi normallaşıb (140-dan 80 mm Hg-dən aşağı), bu isə nəzarət qrupundakı xəstələr üçün eyni göstəricidən iki dəfə yüksəkdir. Həmçinin yeni preparatın qəbulu qan təzyiqinin orta hesabla 10 mm Hg azalmasına gətirib çıxarıb və bu müsbət təsir terapiyanın başlanmasından sonra 32 həftə ərzində sabit qalıb.

“Hipertoniyanın mövcud müalicə üsulları xəstələrin təxminən yarısı üçün işləmir və reallıqda optimal qan təzyiqi ilə bağlı ən son tövsiyələri nəzərə alsaq, onların payı daha da yüksək ola bilər. Bizim sınaqlarımızın nəticələri göstərir ki, “Baxdrostat” nəzəri olaraq Yer kürəsində təxminən 5 milyon belə xəstədə qan təzyiqini normallaşdırmağa kömək edəcək”, -deyə professor Uillyams sözlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri