Hirkan Daştatük Biləsər avtomobil yolunda bərpa işləri aparılır
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Lənkəran rayonu ərazisində, başlanğıcını M3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan–Daştatük–Biləsər avtomobil yolunun 3.5–5.5-ci kilometrlik hissəsində sürüşmə nəticəsində dağılmış sahələrin bərpasına başlanılıb.
“APA-Economics” xəbər verir ki, bərpa çərçivəsində yol örtüyünün yenilənməsi ilə yanaşı, 250 ədəd svayın quraşdırılması, uzunluğu 540 metr olan istinad divarının və 2500 metr uzunluğunda beton küvetlərin inşası nəzərdə tutulur.
Artıq görülmüş işlər çərçivəsində torpaq işləri yerinə yetirilib, 210 ədəd svay (ümumi uzunluğu 2520 metr) qazılaraq betonlanıb, 300 metr uzunluğunda istinad divarı və 1650 metr uzunluğunda beton küvetlər tikilib.
Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasən bərpa olunan hissədə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















