Icma.az
close
up
RU
Hitlerin bacısı oğlu Stalinqradda necə əsir düşüb?

Hitlerin bacısı oğlu Stalinqradda necə əsir düşüb?

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Xarici Kəşfiyyat Xidməti İkinci dünya müharibəsi ilə bağlı bir sıra sənədlər üzərindən məxfiliyi ləğv edib.

Sənədlər SSRİ kəşfiyyatının 1939- 1945-ci illərini əhatə edir. Faşizm üzərində Qələbənin 80-ci ildönümü ilə bağlı açıqlanan bu sənədlərdə İkinci Dünya Müharibəsinin bütün dövrləri – nasist Almaniyasının Polşaya hücumundan tutmuş militarist Yaponiyanın məğlubiyyətinə qədər olan dövrü əhatə edən 800-dən çox məxfi mənbələr var.

Bu məxfi sənədlər içrində maraqlı detallar var.

AzPost bildirir ki, sənədlərin birində məlum olur ki, sovet ordusu 1942-ci ildə Stalinqrad döyüşü zamanı faşist Almaniyanın rəhbəri Adolf Hitlerin bacısı oğlunu əsir götürüb.

Həmin sənəddə onun dindilməsinin detalları açıqlanıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin operativ şöbəsinin rəisi, podpolkovnik İbovolinin imzladağı məlumatda qeyd olunur ki, 27 fevral 1943-cü ildə alman ordunun hərbi əsiri Bekkerin dindirilməsi zamanı məlum olub ki, əsir düşərgəsində Hitlerin bacısı oğlu, 6-cı ordu, 93 –cü diviziyanın zenit diviziyonunun döyüş sursatı kolonunun rəisi, leytenant Leo Raubel saxlanılır.

Dindirmə zamanı Raubel təsdiq edib ki, Hitlerin bacısı oğludur.Raubel Hitlerlə əlaqələri barədə danışıb. O deyib ki, sonuncu dəfə dayısını məzuniyyətdə olarkən, 1942-ci ilin mayın əvvələrində görüb. O, anası ilə birgə Berlinə Reyxstaqda iclasa dəvət edilib. Orada Hitler çıxış edib. İclasdan sonra Raubel anası ilə birgə Hitleri dəftərxanasında ziyarət edib.

Raubel bayramlarda Hitlerdən hədiyyələr və təbrik məktubları aldığını deyib. O qeyd edib ki, anası ilə Hitlerin münasibətləri çox yaxın və qohum münasibətləri olub. Raubel həmçinin Gering və Şvartsla bir neçə dəfə görüşdüyünü deyib. O, nasist partiyasının liderlərindən olan Hesslə dost münasibətlərində olduğunu bildirib. Əsir düşərgəsində olan digər zabitlər təsdiq ediblər ki, Raubel Hitlerin bacısı oğludur.

Leo Raubalın anası Angela Hitler Adolfun bacısı idi. Leo da Hitlerin sevimli bacısı oğlu idi. Dayısı onunla vaxt keçirməyi çox sevirdi.

1939-cu ilin oktyabrında Raubal mühəndis korpusunda leytenant rütbəsində Luftwaffe-ə çağırılıb. 1943-cü ilin yanvarında Stalinqrad döyüşü zamanı yaralanıb. Paulus Hitlerdən Leonu Almaniyaya təxliyə etmək üçün təyyarə istəsə də Hitler bundan imtina edib.

Raubal 31 yanvar 1943-cü ildə əsir götürülüb. Hitler öz qaydalarına zidd olaraq onu Stalinin oğlu Yakovla dəyişməyə hazır idi. Stalin bundan imtina edib.

Leo 28 sentyabr 1955-ci ilə qədər Moskva həbsxanasında qalıb.

1955-ci ildə Avstriyaya qayıdıb O, Linzdə kimya müəllimi kimi yaşayıb və işləyib. O, İspaniyada tətildə olarkən dünyasını dəyişib. 7 sentyabr 1977-ci ildə Linzdə dəfn edilib.

Leonun Peter adlı bir oğlu var. 1931-ci il təvəllüdlüPeter Raubal Linzdə yaşayır və təqaüdə çıxana qədər mühəndis işləyib.

AzPost

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Sentyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri