Hitlerin kitabına görə SAXLANILDI
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyalı vətəndaş Monqolustan sərhəd-keçid məntəqəsində qadağan olunmuş kitab aşkarlandığı üçün saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti məlumat yayıb.
Məlumata görə, gömrük əməkdaşları sürücünün avtomobilinin qapı cibində alman müəllif Henneke Kardelin “Adolf Hitler - İsrailin banisi” adlı kitabını tapıblar. Şəxs Monqolustana səfər etmək istəyərkən kitab gömrükçülərin diqqətini çəkib.
Sürücü izah edib ki, həmin kitabı beş il əvvəl alıb və onun tərkibində Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük sərhədindən keçirilməsi qadağan olunan məlumatların olduğunu bilməyib.
Aparılan ekspertiza nəşrdə ekstremist materialların mövcudluğunu təsdiqləyib. Bu səbəbdən kitabın ölkədən çıxarılması qadağandır. Faktla bağlı Rusiya İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsi (malların ixracında qadağa və məhdudiyyətlərin pozulması) üzrə inzibati iş açılıb. Şəxsi cərimə və kitabın müsadirəsi gözləyir.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















