Icma.az
close
up
RU
Hitlerin yəhudi olmadığı təsdiqləndi Yeni FAKTLAR

Hitlerin yəhudi olmadığı təsdiqləndi Yeni FAKTLAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nasist Almaniyasının lideri Adolf Hitlerin qanı üzərində aparılan yeni genetik araşdırmanın nəticələri məlum olub.

Modern.az xəbər verir ki, araşdırma tarixdə ən çox tədqiq olunan diktatorlardan biri haqqında indiyədək məlum olmayan bir sıra mühüm faktları üzə çıxarıb.

Araşdırmanın ən mühüm nəticələrindən biri Hitlerin etnik mənşəyi ilə bağlıdır. Mütəxəssislər qan nümunəsindən əldə edilən Y xromosomu məlumatını onun kişi xəttindən olan qohumunun DNA-sı ilə müqayisə ediblər. Tam uyğunluq əldə edilib və Hitlerin Yahudi mənşəli olması barədə 1920-ci illərdən bəri yayılan şayiələr elmi şəkildə təkzib olunub.

Testlər Hitlerin Kallmann sindromu adlı genetik pozuntuya sahib ola biləcəyini göstərib. Bu sindrom cinsi orqanların inkişafına təsir edir və bəzi hallarda cinsi orqanın kiçik olması kimi nəticələrə səbəb ola bilər.

Tarixçilər bu faktın Hitlerin demək olar ki, şəxsi həyatının olmaması və bütün enerjisini siyasətə yönəltməsi ilə bağlı uzun illərdir davam edən müzakirələrə müəyyən izah gətirdiyini bildirirlər.

Hitlerin DNA-sı poligenik analizdən keçirdilib. Araşdırmaya görə, Hitlerin genetik risk göstəriciləri çox yüksək (ən yüksək 1% qrupunda ) olub. Bu o deməkdir ki, Hitlerdə autizmə meyillilik, şizofreniya riski, bipolyar pozuntuya yüksək, diqqət çatışmazlığı və hiperaktivlik riski olub 

Mütəxəssislər bildirirlər ki, bu göstəricilər diaqnoz deyil, yalnız genetik ehtimaldır və Hitlerin bu pozuntuların hər hansı birinə sahib olduğunu sübut etmir. Lakin tarixi davranış nümunələrinin anlaşılması baxımından diqqətçəkən material hesab olunur.

Hitlerin qan lekəsi olan parça 1945-ci ildə Berlin bunkeri ələ keçirildikdən sonra ABŞ zabiti tərəfindən ələ keçirilib və sonradan muzeyə verilib. Onilliklər sonra aparılan testlər onun həqiqətən Hitlerə aid olduğunu təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri