Icma.az
close
up
RU
Hitlerin yəhudi əsilli hərbçiləri: milyonlarla qohum ölümü

Hitlerin yəhudi əsilli hərbçiləri: milyonlarla qohum ölümü

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

II dünya müharibəsi dövründə insanlar bütün almanların nasist, bütün nasistlərin isə alman olduğunu düşünüblər. Lakin aparılan araşdırmalar bu fikrin doğru olmadığını ortaya qoyub. Təəccüblü olan odur ki, nasist Almaniyasının ordusunda yəhudi əsilli hərbçilər də döyüşüb. Onların sayı isə minlərlə olub.

Ölkə.Az musavat.com-a istinadən xəbər verir ki, bunu ən yaxşı şəkildə II dünya müharibəsi ilə bağlı çoxlu kitablar yazmış amerikalı tarixçi Brayan Mark Riqq təqdim edib. 10 il araşdırma aparan yazıçı sübut edib ki, alman ordusunda xeyli yəhudi əsilli əsgərlər də olub. Bu, onun ən məşhur “Hitlerin yəhudi əsgərləri” kitabında təqdim olunub.

Mişlinq

Reyxdə “Mişlinq” (metis) termini arilərin qeyri-arilərlə qarışıq nikahlarından doğulan insanları təsvir etmək üçün istifadə olunub. Yəhudi genlərinə malik insanlar açıq təbliğata baxmayaraq nasistlərlə birgə sakit yaşayıblar. Mişlinqlər müntəzəm olaraq vermaxt (nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad), lüftvaffe (hərbi hava qüvvələri) və kriqsmarineyə (hərbi-dəniz qüvvələri) çağırılıb. Onlar arasında təkcə əsgərlər yox, həm də ordu generalları olub.

1940-cı ildə hər iki nənəsi və babası yəhudi olan bütün zabitlərə hərbi xidməti tərk etmək əmri verilib. Yalnız babalarından biri yəhudi olanlar orduda sıravi vəzifələrdə qala biliblər. Amma reallıq başqa olub: bu əmr yerinə yetirilməyib. İldə bir dəfə eyni əmr təkrarlansa da, heç bir faydası olmayıb.

Vermaxtda bilavasitə yəhudi əcdadları olan əsgər və zabitlərin sayı 1 200 nəfəri keçib. Bu hərbçilərin 2 300 qohumu - qardaşı uşaqları, bibiləri, əmiləri, babaları, nənələri, anaları və ataları öldürülüb.

1944-cü ilin yanvarında vermaxtın kadrlar şöbəsi yəhudi irqi ilə qarışmış və ya yəhudilərlə evlənmiş 77 yüksək rütbəli zabit və generaldan ibarət gizli siyahı hazırlayıb. 77 nəfərin hamısında alman qanı ilə bağlı Hitlerin şəxsi sertifikatı olub. Siyahıda 23 polkovnik, 5 general-mayor, 8 general-leytenant və iki ordu generalının adı yer alıb.

Hitlerin yəhudi yardımçıları

Brayan Mark Riqqin illərllə apardığı araşdırmalar üzə çıxarıb ki, 3-cü Reyxin üç yüksək rütbəli zabiti yəhudi əsilli alman olub. Məsələn, Hitlərin şəxsən təriflədiyi marşal Erhard Milx I dünya müharibəsi bitdikdən sonra lüftvaffeyə rəhbərlik edib. II dünya müharibəsi illərində marşal bütün alman hərbi təyyarələrinin istehsalına, eləcə də ən yaxşı alman qırıcı pilotlarının hazırlanmasına cavabdeh olub.

1944-cü ildə müttəfiqlərin strateji bombalanmasına qarşı durmağa çalışan Almaniyada tək mühərrikli qırıcıların istehsalı inanılmaz rəqəmə çatıb – 23 805 təyyarə. Halbuki, həmin dövrdə SSRİ-də 16 703 təyyarə olub. O, reaktiv bombardmançı təyyarələrin istehsalını vaxtında təşkil etmədiyinə görə Hitlerin tələbi ilə 21 iyun 1944-cü ildə istefaya getməyə məcbur olub. Tezliklə marşal, ağır avtomobil qəzasına düşüb və üç ay xəstəxanada qalıb. Qəzanın törədildiyi barədə şayiələr olsa da, Milx özü buna inanmayıb.

Tezliklə Hitler yenidən ona bir sıra yaxşı vəzifələr təklif edib, lakin Milx imtina edib. 4 may 1945-ci ildə Baltik dənizi sahilindəki Ziherhaqen qalasında ingilislər tərəfindən həbs edilib. 1947-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Erhard Milxin 1951-ci ildə cəza müddət 15 ilə endirilib və 1954-cü ildə vaxtından əvvəl azad olunub. Daha sonra o, heç bir siyasi və ya hərbi fəaliyyətlə məşğul olmayıb. Keçmiş marşal Almaniyanın Vuppertal şəhərində 80 yaşında vəfat edib.

Anası yəhudi olan digər zabit Valter Hollander Hitlerdən şəxsən təbrik məktubu alıb. Hətta müharibə zamanı polkovnik Hollander “Dəmir Xaç” və nadir nişan olan “Qızıl Alman Xaçı”na layiq görülüb. 1943-cü ildə onun tank əleyhinə briqadası Kursk bölgəsində baş verəm döyüşdə 21 sovet tankını sıradan çıxarıb. Bu şücaətinə görə isə ona “Cəngavər Xaçı” ordeni təqdim edilib.

“Holokost”un cəlladlarından biri

Lakin yəhudi qohumları olan ən qəddar nasist Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi (1939-1942), SS oberqruppenfüreri və polis generalı (1941-ci ildən) Reynhard Heydrix olub. Nasist elitasının ən qorxulu üzvü 1904-cü ildə Leypsiqdə konservatoriya direktorunun ailəsində anadan olub. Heydrixin atası Bruno Heydrixin 1916-cı ildə “Rimann Musiqili Ensiklopediyası”nda əsl soyadı kimi “Zyuss” olaraq göstərilir. Heydrixin yəhudi əcdadlara sahib olması fikrini tarixçilərdən 3-cü Reyxin tarixinə dair bir sıra fundamental əsərlərin müəllifi Yoahim Fest müdafiə edib.

Reyx təhlükəsizliyinin baş idarəsi yəhudilərə qarşı “Holokost” soyqırımının törədilməsində yaxından iştirak edən təşkilat olub.

Heydrix sui-qəsd nəticəsində öldürüldükdən sonra nasistlər Praqada 1 331 nəfəri, o cümlədən 201 qadını güllələyib. 1942-ci il iyunun 9-da Heydrixin dəfni günü qisas olaraq Lidice kəndi məhv edilib, 16 yaşdan yuxarı bütün kişilər (172 nəfər) yerindəcə öldürülüb, 195 qadın Ravensbrük həbs düşərgəsinə göndərilib, uşaqlar Litzmannstadt şəhərinin miqrantlar mərkəzinə aparılıb və sonradan alman ailələrinə paylanılıb. Hələ də onların əksəriyyəti haqda məlumat yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:353
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Dekabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri