Icma.az
close
up
RU
Hitrou hava limanı yanğından sonra fəaliyyətini bərpa edib

Hitrou hava limanı yanğından sonra fəaliyyətini bərpa edib

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Ötən gün elektrik yarımstansiyasında baş vermiş yanğın nəticəsində elektrik enerjisinin kəsilməsinə görə müvəqqəti bağlanan Avropanın ən böyük aeroportu - Londonun Hitrou hava limanı bu gündən fəaliyyətini tam bərpa edib.

Bəzi reyslər dünən axşamdan bərpa edilib, lakin dünyanın ən işlək beşinci hava limanına təsir edən nasazlıq xaosa səbəb olub. Belə ki, aviaşirkətlər təyyarələri və ekipajları bazalara qaytarmaq üçün çalışdıqları zaman onminlərlə sərnişin qalmaq üçün boş hotel nömrələri və ya alternativ marşrutlar axtarmağa məcbur olub.

Hitrounun nümayəndəsi bildirib ki, nasazlıqdan əziyyət çəkən sərnişinlərə kömək etmək üçün hava limanında əlavə briqadalar işləyir.

"Terminallarda yüzlərlə əlavə əməkdaş yerləşdirilib, uçuşlar cədvəlinə isə əlavə 10 min sərnişinin daşınması üçün əlavə reyslər salınıb”, - o bildirib.

Qeyd edək ki, martın 22-nə Hitrouda ümumi sərnişin axını 291 min nəfərə çatan 1 351 reys planlaşdırılırdı. Amma nasazlığa görə bəzi reyslər digər Britaniya və Avropa hava limanlarına yönləndirilib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbəri Villi Uolş vəziyyəti hava limanının planlaşdırmadakı açıq-aşkar uğursuzluğu kimi qiymətləndirib.

Böyük Britaniya hökuməti hava məkanına təzyiqi azaltmaq üçün gecə uçuşlarına qoyulan məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldırıb. Amma "British Airways”in baş icraçı direktoru Şon Doyl bildirib ki, nasazlıq yaxın günlərdə bütün müştərilərə ciddi təsir göstərəcək.

Aviasiya mütəxəssisləri qeyd edirlər ki, Avropa hava limanlarında belə irimiqyaslı fasilələr sonuncu dəfə 2010-cu ildə - İslandiyada vulkan püskürməsi zamanı 100 minə yaxın reysin təxirə salındığı zaman baş vermişdi.

Böhran fonunda Hitrou bölgəsində hotel qiymətləri kəskin yüksəlib. Belə ki, nömrələr standart qiymətdən beş dəfə çox qiymətə - 500 funt sterlinqə (645 ABŞ dolları) təklif edilib.

Qeyd edək ki, Hitrou son illərdə artıq ciddi pozuntularla üzləşmişdi. 2023-cü ildə avtomatlaşdırılmış çıxış qapılarında və hava hərəkətinə nəzarət sistemlərində nasazlıq baş vermişdi.

///report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Mart 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri