Hizbullah İsrail qarşıdurması: Livanda yeni müharibə təhlükəsi
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
İsrailin Livan ərazisinə hücumlarının artması və Hizbullahın hökumətin ritorikasına zidd bəyanatlar verməsindən sonra "Livan yenidən müharibə astanasındadır?" gündəmdə qalır.
Turkustan.az xəbər verir ki, ötən ay Qəzzada əldə olunan atəşkəsdən sonra İsrail Livana hücumlarını artırıb. İsrail ordusu, 2024-cü ilin noyabrında imzalanmış atəşkəs razılaşmasına zidd olaraq, Livanın cənubunda gərginliyi artıraraq, "Hizbullahın hərbi strukturlarını və fəaliyyətlərini" hədəfə aldığını iddia edir.
Silahlarını təslim etmək istəməyən Hizbullah baş katibi Naim Kasım 11 noyabrda vəziyyətdən narahatlığını ifadə edərək, "İsrailin hücumları belə davam edə bilməz, hər şeyin öz həddi var" deyib.
Buna cavab olaraq Livan hökuməti İsraili atəşkəsi pozmaqda ittiham edir və ordunun ölkənin bütün cənubuna nəzarəti ələ keçirməsi üçün ABŞ və Qərb ölkələrindən dəstək gözləyir.
Livandan istefada olan briqada generalı Naci Melaib Anadolu Agentliyinə (AA) deyib: "İsrail cənubdakı logistika obyektlərini, sərhəd kəndlərindəki evləri və aşağı rütbəli "Hizbullah" üzvlərini hədəf alaraq Livanda daxili vəziyyəti pozmaq istəyir".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 14 Noyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















