“Hizbullah” İsraillə atəşkəsi təsdiqlədi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Livanın “Hizbullah” hərəkatı İsraillə qarşılıqlı atəşkəs barədə ABŞ-nin irəli sürdüyü təkliflə razılaşdığını təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hizbullah”ın parlament fraksiyasının deputatı Həsən Fədlallah “Lebanon Debate”ə müsahibəsində bildirib:
“Əgər İsrail bu rejimə əməl edərsə, biz Livanın bütün ərazisində tam və hərtərəfli atəşkəsi dəstəkləyirik”.
Qeyd edək ki, iyunun 1-də ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu və şiə hərəkatı “Hizbullah”ın rəhbərliyi ilə razılaşdırılmış Livan atəşkəsinə nail olunduğunu elan etmişdi. Təklif olunan mexanizmə əsasən, İsrail Beyrutun cənub ətraflarına zərbələr endirməyi dayandırmalı, “Hizbullah” isə öz növbəsində İsrailə qarşı hücumlardan çəkinməlidir. Növbəti mərhələdə isə atəşkəs rejiminin bütün Livan ərazisini əhatə etməsi planlaşdırılır.
Xatırladaq ki, regionda diplomatik hərəkətlilik fonunda bundan əvvəl İran ABŞ ilə danışıqların bərpası üçün öz şərtlərini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 İyun 2026 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















