Hizbullah İsraillə döyüş əməliyyatlarını davam etdirmək niyyətindədir
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hizbullah" qruplaşması Livanla çərçivə sazişinin bağlanmasına baxmayaraq, İsrailə qarşı döyüş əməliyyatlarını dayandırmaq niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, radikalların lideri Naim Qasımın müvafiq bəyanatı hərəkatın "Telegram" kanalında yayımlanıb.
"Biz işğalı dəf etmək üçün döyüş meydanında müqaviməti davam etdirəcəyik. Ən çətin şəraitdə döyüş meydanını tərk etməmişik və etməyəcəyik", - o bildirib.
Qasımın sözlərinə görə, bir gün əvvəl Vaşinqtonda İsrail və Livan arasında bağlanmış çərçivə sazişi "zillət, rüsvayçılıq və suverenlikdən imtinadır".
"Bu saziş etibarsızdır və İran-Amerika anlaşma memorandumunun müddəaları tətbiq edilməlidir. Biz bütün zəruri vasitələrlə və beynəlxalq təzyiq yolu ilə İsrail tərəfinin memorandumun birinci bəndini yerinə yetirməsinə və öz qoşunlarını Livandan çıxarmasına nail olacağıq", - o vurğulayıb.
Bir gün əvvəl Livan və İsrail ABŞ Dövlət Departamentində münaqişənin nizamlanmasına dair çərçivə sazişi imzalayıb. Bu, İsrail qoşunlarının Livan ərazisindən tədricən çıxarılmasını nəzərdə tutur.
Buna baxmayaraq, İsrail sazişin imzalanmasından bir gün sonra Livanın cənubundakı Nəbatiyyə rayonuna hücum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 27 İyun 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















