“Hizbullah”: “Silahların təhvil verilməsi...”
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Livan “Hizbullah”ının baş katibi Naim Qasım “Hizbullah”ın İsrail işğalı davam etdiyi müddətdə silahı təhvil verməyəcəyini bildirərək, “Planın həyata keçirilməsi vətəndaş müharibəsinə yol aça bilər” deyib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin təzyiqi altında olan Livan hökumətinin 5 avqustda elan etdiyi ““Hizbullah”ın silahsızlaşdırılması” planına qarşı çıxan Qasım, hökuməti “ölkəni İsrailə təslim etməkdə” günahlandırıb.
Qasım hökumətin müqaviməti bitirmək üçün ABŞ-İsrail əmrlərini yerinə yetirdiyini vurğulayaraq, “Lazım gələrsə, döyüşərik, nə bahasına olursa-olsun bu layihəyə qarşı duracağıq” deyib:
“Livan hökuməti, hər hansı daxili qarışıqlığın baş verməsindən və ölkə torpaqlarını müdafiə vəzifəsini yerinə yetirməməsindən tamamilə məsuldur”.
ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak, 19 iyunda Beyrut rəhbərliyinə “ölkədəki bütün silahların yalnız dövlətin nəzarətində toplanmasını prioritet hədəf olaraq müəyyən edən” ABŞ təklifini təqdim etmişdi.
Livanda silahların dövlətin inhisarında toplanması gündəliyi ilə 5 avqustda toplanan Nazirlər Kabineti, “orduya silahların ilin sonuna qədər toplanmasına dair plan hazırlamaq” tapşırığı vermişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Avqust 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















