“Hizbullah” silahların İraq hakimiyyətinə təhvil verilməsi ilə bağlı müzakirələrin şərtlərini açıqlayıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Hizbullah” Türkiyə də daxil olmaqla bütün NATO qüvvələri İraqdan çıxana qədər silahlarının İraq hakimiyyətinə verilməsini müzakirə etməyəcək.
APA xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında dərc olunmuş açıqlamada deyilir.
"Müqavimət bizim haqqımızdır və silahlar onun döyüşçülərinin əlində qalacaq. Hökumətlə hər hansı bir razılaşma yalnız bütün işğalçı qüvvələr, NATO və Türkiyə ordusunun çıxarılmasından və xalqımızın və müqəddəs yerlərimizin təhlükəsizliyi əl-Culani dəstələrinin (Suriya prezidenti Əhməd əl-Şara) və kürd Peşmərgə özünümüdafiə bölmələrinin yaratdığı təhdidlərdən təmin edildikdən sonra müzakirə olunacaq", - açıqlamada bildirilir.
Qeyd edək ki, ABŞ dəfələrlə İraq hakimiyyətini ABŞ qoşunlarının yerləşdiyi ölkədəki hərbi bazalara vaxtaşırı hücum edən iranmeylli qrupları tərksilah etməyə çağırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 21 Dekabr 2025 04:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















