Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"2026-cı il, Azərbaycan hökuməti üçün əsas prioritet istiqamətlər olaraq beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi, sülh prosesləri ilə bağlı yürüdülən siyasəti davam etdirmək və ölkə daxilində siyasi islahatların həyata keçirilməsini təmin etməklə yanaşı, həmçinin struktur və kadr dəyişiklikləri ilə bağlı addımların atılacağını ehtimal olaraq görmək mümkündür".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, növbəti il istər xarici, istərsə də daxili siyasətdə gərgin dövr olaraq davam edəcək:
"Paralel olaraq bu gərginlik həm də əməkdaşlıq baxımından hökumətin hər iki istiqamətdə yürütdüyü siyasətində ən məhsuldar il olaraq tarixə keçə bilər. Ölkənin iqtisadi baxımdan inkişafı üçün ciddi şəkildə addımların atılmasına ehtiyac var və xüsusilə də kənd təsərrüfatı və digər qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır, düsüncəsindəyəm. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi problemlərimiz var. Bura yoxsulluq səviyyəsi, işsizliklə olan problemlər və maaş və pensiyaların aşağı səviyyədə olması və digər sosial problemləri əlavə etmək olar".
O deyib ki, 2026-cı il, bu istiqamətdə nisbətən daha əlverişli il olaraq görülür və həlli üçün əlverişli şərait yaradılıb və tam zamanıdır:
"2026-cı il Azərbaycanda "Şəhərsalma və arxitektura İli" olaraq deviz götürülüb. Bu istiqamətdə də ciddi şəkildə layihələrin həyata keçirilməsinə şahidlik edəcəyik.
Süleyman
Bu mövzuda digər xəbərlər:Kənd Təsərrüfatı sektoruna ayrılan büdcə artdı
18 Avqust 2025 17:03
20 dən çox dövlət və hökumət başçısını gözləyirik Kreml
15 Aprel 2025 15:10
525 ci qəzet İlhom Abdurahmon: Sənaye sektoruna xüsusi diqqət yetiriləcək
23 Yanvar 2025 16:15
Rütte: NATO ölkələri müdafiəyə daha çox vəsait ayırmalıdır
25 Aprel 2025 04:09
Baxış sayı:92
Bu xəbər 24 Dekabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















