Naxçıvanda sənaye və kənd təsərrüfatı istehsalı artıb
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 411,6 milyon manatlıq sənaye məhsulu istehsal olunub.
Bu barədə Bakıvaxtı.az-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çoxdur.
Sənaye məhsulunun 366,5 milyon manatlıq hissəsi malların, 45,1 milyon manatlıq hissəsi xidmətlərin payına düşüb, 0,2 %-i mədənçıxarma, 83,6 %-i emal, 14,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bundan başqa, 9 ay ərzində muxtar respublikada 318,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 1 il əvvələ nisbətən 4,7 % çoxdur. İstehsalın 182,7 milyon manatlıq hissəsi bitkiçilik, 136,2 milyon manatlıq hissəsi isə heyvandarlıq üzrə olub.
Hesabat dövründə Naxçıvanda 5,5 milyon ton yük və 36,1 milyon sərnişin daşınıb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 1 % və 0,8 % çoxdur.
Eyni zamanda yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 62,1 % azalaraq 10,95 milyon manat olub. Xidmətlərin 31,8 %-i qeyri-dövlət sektorunda formalaşıb.
8 ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 1 il əvvələ nisbətən 7,1 % az - 155,1 milyon manat olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















