Hökumətdə qadınların rəhbər vəzifələrə çəkilməsinə diqqət yetirilməlidir
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hökumətdə qadınların rəhbər vəzifələrə çəkilməsinə diqqət yetirilməlidir. Hökümətin tərkibinə nəzər salsaq aydın olar ki, qadınlara rol verilməyib. Nazirlər Kabinetinin 34 üzvündən yalnız biri, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınıdır. Halbuki dünyanın qabaqcıl ölkələrində Kabinetdə qadınlar xeyli sayda, hətta bir çox hallarda üstün sayda təmsil olunurlar”.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Qərbin bir sıra ölkələrində Müdafiə, Təhlükəsizlik, Daxili işlər nazirlikləri kimi güc strukturları qadınlara həvalə edilib:

“Hətta bəzi dövlət başçıları qadınlardır. Azərbaycanda birinci vitse-prezident xanım M.Əliyevanın və Milli Məclisin sədri Sahibə Qafarovanın timsalında qadınların böyük uğura imza atdığını görürük. Doğrudur, son illər qadınların həyatın bütün sahələrində və idarəetmədə fəaliyyətlərinə imkanlar yaradılıb. Ancaq bunlar fikrimcə, yetərli deyil. Niyə Mədəniyyət, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə rəhbərlik qadınlara həvalə edilməsin?! Zatən həmin strukturlarda çalışanların böyük əksəriyyəti qadınlardan ibarətdir. Məsələn, deputatlar Nigar Arpadari ƏƏSMN-ni, Sevinc Fətəliyeva Elm və Təhsil Nazirliyini, Məlahət İbrahimqızı isə Səhiyyə Nazirliyini indiki rəhbərliklərdən daha yaxşı idarə edə bilər. Görünən odur ki, Azərbaycan hələ də Şərq və İslam təfəkküründən tam xilas ola bilməyib”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Ukraynada hökumətdə dəyişiklik olacaq
13 İyul 2025 23:13
Trüdo hökumətdə dəyişikliklər edəcək
16 Dekabr 2024 07:22
Zelenski hökumətdə yeni dəyişiklikləri açıqladı
17 İyul 2025 20:01
Zelenski hökumətdə böyük dəyişikliklərə hazırlaşır
08 İyul 2025 15:17
Suriya lideri yaxın vaxtlarda hökumətdə
06 Fevral 2025 16:07
Baxış sayı:117
Bu xəbər 26 Yanvar 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















