Holand Hollandın təklifini rədd edib
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Hörümçək Adam” franşizasının ulduzu, britaniyalı aktyor Tom Holland, “Mançester Siti” və Norveç milli komandasının hücumçusu Erlinq Holandın sosial mediada onun mesajını qulaqardına vurduğunu bildirib.
İdman.Biz bildirir ki, aktyor futbolçunu iyunun əvvəlində Monako Qran-Prisində gördükdən sonra şam yeməyinə dəvət edib.
“Bəli, ona birbaşa mesaj göndərib şam yeməyinə dəvət etdim, amma cavab almadım. O, hətta dəvəti rədd etmədi - sadəcə mənim kim olduğumu bilmir. Düşünürəm ki, bu təcrübə vacibdir: bu, aktyor kimi təvazökarlığımı qorumağa kömək edir”, - Holland deyib.
Futbolçunun cavab verməməsinə baxmayaraq, aktyor hücumçunu “inanılmaz” oyunçu və “əsl əfsanə” kimi təsvir edib.
Erlinq Holand 2025/2026 klub futbol mövsümünü Premyer Liqanın ən çox qol vuran oyunçusu kimi başa vurub, 27 qol vurub və İngiltərə Premyer Liqasının “Qızıl Buts” mükafatını qazanıb. Norveçin 2026-cı il dünya çempionatı kampaniyası İngiltərəyə 2:1 hesabı ilə məğlub olduqdan (1:1, 0:1) sonra dörddəbir finalda başa çatıb. Holand turnirdə yeddi qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 İyul 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















