Holann ilə Qlasner sentyabrın laureatlarıdı
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə premyer-liqasında sentyabrın ən yaxşıları müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, nominasiya üzrə fərqli klubların üzvləri qalib olublar.
Turnirin rəsmi saytının yaydığı xəbərə görə, ayın ən yaxş oyunçusu “Mançester Siti”nin hücumçusu Erlinq Holann seçilib. O, ötən ay meydana çıxdığı 3 oyunda 5 qol vurub. Qeyd edək ki, norveçli futbolçu bu mövsüm meydana çıxıdığı 7 oyunda qapılara 9 dəfə yol tapıb.
Premyer-liqada sentyabrın ən yaxşı baş məşqçisi üçün ayrılan mükafata “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner layiq bilinib. Avstriyalı mütəxəssisin komandası ötən ay keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə heç-heçə edib.
Qlasner “Kristal Pelas”a 2024-cü ilin fevralında baş məşqçi təyin olunub. 51 yaşlı çalışdırıcı ilk dəfə ayın ən yaxşı məşqçisi adına layiq görülüb. Onun komandası hazırda çempionatda 12 xalla 6-cı yeri tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 11 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















