Qlasner tribunada yaranan gərginliyə münasibət bildirdi
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner "Vulverhempton" üzərində 1:0 hesablı qələbədən sonra azarkeşlərlə yaşanan gərginliyə münasibət bildirib. Sport24.az xəbər verir ki, avstriyalı mütəxəssis azarkeşlərə hörmətsizlik etdiyini inkar edib.
"Selherst Park"da keçirilən qarşılaşmadan əvvəl tribunada "Azarkeşlərə hörmətsizlik edilib – Qlasner bitdi" məzmunlu banner nümayiş etdirilib. Bu addım Qlasnerin daha öncə UEFA Konfrans Liqasında "Zrinjski Mostar"la oyundan sonra azarkeşlərə "təvazökar olun" çağırışı etməsindən sonra atılıb.
Oyunsonrası mətbuat konfransında Qlasner bildirib ki, səsləndirdiyi fikirlər yanlış anlaşılıb və onun məqsədi heç kəsi incitmək olmayıb. Mütəxəssis, həmçinin klub rəhbərliyinin və futbolçuların ona etimad göstərdiyini, mövcud müqaviləsinin sonuna qədər "Kristal Pelas"ın baş məşqçisi kimi fəaliyyətini davam etdirməsinin planlaşdırıldığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 Fevral 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















