Icma.az
close
up
RU
Holannı dəyərsizləşdirməyi dayandırın!

Holannı dəyərsizləşdirməyi dayandırın!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tyerri Anri, Zlatan İbrahimovç, Harri Keyn, Didye Droqba, Serxio Aquero, Ueyn Runi, Luis Suares – bütün bu və başqa əfsanəvi hücumçuları nə birləşdirir? Hər biri çoxlu qol və uğurlar ilə zəngin olan möhtəşəm karyera keçirib və ya keçirməkdədi.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı Erlinq Holann adı çəkilənlərin hər birini Çempionlar Liqasında qol sayına görə arxada qoyub. Norveçli ulduz hər oyunda rəqibləri orta hesabla 1-dən çox məyus etməklə artıq turnir tarixinin bombardirləri siyahısında ilk “10-luq”dadı.
Skandinaviyalı karyerası boyunca 330 qol vurub. Hətta Messi və Kriştiano Ronaldo belə onun yaşında daha aşağı göstəricilərə malik idi.
Baxmayaraq ki, hər biri artıq “Qızıl top” qazanmışdı. Belə görünür ki, bəzi azarkeşlər və ekspertlər bu məqamın fərqinə varmırlar ki, gözlərimiz önündə potensial cəhətdən bütün zamanların ən dahi forvardı parıldayır.
İş ondadı ki, Erlinqin komanda oyununda uzaq düşdüyünü, məhdud keyfiyyətlərə malik olduğunu əsas gətirənlər onun qəhrəmanlıqlarını dəyərsizləşdirməyə meyillənib. Yumşaq desək, hədsiz mübahisəli tezisdi. Sözsüz, Holannı qeyri-adi unuversal adlandırmaq çətindi, ancaq onun yardımçı funksiyalarını da inkar etmək olmaz. “Mançester Siti”dəki elə ilk mövsümündə Qvardiolanın hücumlarının quruculuğunda vacib rolu üzərinə götürdü, Edersonun və ya müdafiəçilərdən birinin ötürmələrini qarşılamaq üçün daim meydanın dərinliklərinə çəkildi.
Norveçli Mançester klubunda keçidiyi 160 oyunda 22 məhsuldar ötürmə verib – hər oyuna orta hesabla 0,14 ötürmə düşür. Aquero ilə Cakada bu göstərici 0,17-yə bərabər idi. Ancaq nə Serxio, nə də Edin heç vaxt “komanda yoldaşları ilə yetərincə yüksək səviyyədə anlaşmır” ittihamıyla üzləşmirdi. Və ya Holannın Pepin oyun sisteminə qətiyyən uyğun gəlməməsi ilə bağlı nə qədər oxumuş və eşitmişik... Guya o, möhtəşəm fərdi uğurlar fonunda komandaya ziyan vurur. Amma məhz onun gəlişi ilə tarixi və çoxdan arzulanan trebl gerçəkləşdi. Erlinq, ümumiyyətlə, bütün mümkün və hətta mümkünsüz görünən rekordları yenilədi – “Borussiya”ya qol vurmaqla üç müxtəlif komandanın heyətində ardıcıl 5 ÇL matçında fərqlənən ilk futbolçu oldu. Və bu da hücumçunun dahiliyini əsaslandıran daha bir dəlildi. Erlinq hər yerdə yaxşıdı. “Zaltsburq”da, Dortmundda, “Siti”də, İtaliyanın olduğu qrupun birincisi kimi dünya çempionatına yollanmaq ərəfəsində olan Norveç yığmasında. 2024/25 mövsümü guya Holannın karyerasındakı ən zəif dönəm sayılır. Bu yöndə dedi-qoduya ünlü hücumçu belə cavab verib: “O mövsüm doğrudan da zəifdisə, mən məsələnin belə qoyuluşu ilə razıyam”. Premyer-liqada 22, Çempionlar Liqasında 8 qol. Forvardların əksəri belə “zəif” mövsümə görə idman həyatını qurban verməyə hazırdı. Və ya 2025-in sentyabrı ilə bağlı daha bir gülməli statistik xəbər: Erlinq premyer-liqada ən pis startını gerçəkləşdirib. Həmin pis start isə ilk 4 turda 5 qoldan ibarətdi.
Skandinaviyalı nəhəng “Siti”ni korlamadı və onu özünə tabe etdirmədi. Əksinə, Qvardiola zamanla komandanı yenidən toparlamağa başladı. İndi Holann daha rahatdı. İspaniyalı mütəxəssis tez-tez topdan imtina edir – ÇL-də “Borussiya” ilə oyunda topa nəzarət 50-nin 50-yə nisbətində idi. Daha az mövqe hücumları norveçlinin geniş sahə qazanması deməkdi. Sıx mübarizə şəraitində özünə “dəhliz” tapa bilirdisə, indi qol vurmaq şansı daha da artıb. Təhlükəli vəziyyətləri qola çevirmək isə onun üçün heç vaxt problem olmayıb.
Çərşənbə günü dortmunduları necə lazımdı cəzalandırdılar. “Siti” hər şeydə üstün idi – toplu da, topsuz da. Ona görə ki, komanda özünün cari mövsümdəki tendensiyalarına dəqiq əməl etdi. MS-ni ikinci dəfə kapitan sarğısı ilə meydana çıxaran Erlinq “çərçivə”yə üç zərbə vurdu. Bir dəfə uğurlu driblinq etdi, bir həlledici ötürmə verdi, ötürmələrinin dəqiqlik faizi 81 oldu. Və Kobelin qapısından da top keçirdi. İdeal oyun necə olur ki?!
Holann həm fiziki, həm də mental baxımdan güclüdü. O, elit səviyyəli forvardlar üçün xarakterik olan bütün vacib keyfiyyətlərə malikdi. Sərhədsiz istedada və az qala heyvani qol duyumuna malik olan, qorxunc və möhtəşəm bitiricidi. Erlinqon heç də yaxşı olmadığı ilə bağlı mənasız düşüncələrə dalmağa dəyməz.
Və qoy “Siti” norveçlidən asılı olsun, bu da normal haldı. “Barselona” Messidə asılı idi, “Real” Ronaldodan, PSJ Mbappedən, “Bavariya” Levandovskidən. Hətta hansısa forvarddan asılı olan klubların da titullar qazanması tam realdı. Bu gerçəyi artıq zaman sübut edib. Holann dahidi. Bir gün karyerasını bitirəndə heç kim bununla bağlı mübahisə etməyəcək. Hələ ki dahiliyini vurğulamaqda fayda var. Elə onu dəyərsizləşdirməyi bitirməkdə də.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Noyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri