Hollandiya kəşfiyyat xidmətlərinə haker hücumu oldu
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Hollandiya provayderləri çinli hakerlər ''Salt Typhoon'' tərəfindən kiberhücuma məruz qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) məlumat yayıb.
“Hədəf böyük telekommunikasiya provayderləri deyil, daha kiçik internet və hostinq provayderləri idi”, - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, çinli hakerlər cinayət əməlləri nəticəsində bu provayderlərə məxsus marşrutlaşdırıcılara giriş əldə ediblər. Lakin hakerlər provayderlərin daxili şəbəkələrinə nüfuz edə bilməyiblər və şəxsi məlumatları oğurlaya bilməyiblər.
Kəşfiyyat agentliyi əlavə edib ki, hücum mülki telekommunikasiya sektorunu hədəf alan “çox böyük Çin kibercasusluq kampaniyasının bir hissəsidir”.
Aminə Şahsuvarqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 28 Avqust 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















