Hollandiya parlamenti hökumətin istefasını dəstəkləmədi
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Denk partiyasının rəhbəri Stefan van Baarle tərəfindən irəli sürülən Hollandiyanın hazırkı hökumətinə etimadsızlıq səsverməsi təşəbbüsü ölkə parlamentində dəstək tapmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, təklif Azadlıq Partiyası, Sosialistlər və hətta Leyboristlər və Yaşıl Soldan ibarət ən böyük müxalifət bloku tərəfindən rədd edilib.
Siyasi təşkilatların nümayəndələri hökumətin işini əngəlləmək niyyətində olmadıqlarını bəyan edərək, Nazirlər Kabinetinin istefasının ölkədəki siyasi böhranı daha da ağırlaşdıracağını və növbədənkənar seçkiləri yaxınlaşdırmayacağını qeyd ediblər.
Mina Mikayılova

Hollandiya parlamenti Netanyahunun həbs təklifini qəbul etdi
27 Noyabr 2024 09:59
Serbiya parlamenti hökumətin istefasını qəbul edib
19 Mart 2025 18:18
Hollandiya nəhəngi loqosunu dəyişir FOTO
17 Noyabr 2024 16:33
Hollandiya Ukraynaya Patriot tədarükünü dəstəkləyəcək
22 İyul 2025 20:16
Makron hökumətin istefasını gözləyir
27 Noyabr 2024 01:05

