Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib.
"RBK-Ukraine" xəbər verir ki, bununla da hökumət tam tərkibdə istefaya göndərilib.
Qərar parlamentin iclasında səsvermə yolu ilə qəbul olunub.
Yuliya Sviridenkonun istefasının lehinə 258 deputat səs verib, 1 deputat əleyhinə çıxıb. 5 deputat bitərəf qalıb, 47 deputat isə səsvermədə iştirak etməyib.
Yeni Baş nazir təyin olunana və Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılana qədər hökumətə müvəqqəti olaraq Baş nazirin müavini Denis Şmıqal rəhbərlik edəcək.
Qeyd edək ki, Sviridenko 2025-ci il iyulun 17-dən Ukraynanın Baş naziri vəzifəsində çalışırdı.
Bu mövzuda digər xəbərlər:Serbiya parlamenti hökumətin istefasını qəbul edib
19 Mart 2025 18:18
Bolqarıstan parlamenti hökumətin istefasını yekdilliklə qəbul etdi
12 Dekabr 2025 23:24
Hollandiya parlamenti hökumətin istefasını dəstəkləmədi
27 Avqust 2025 16:50
Makron hökumətin istefasını qəbul etdi
05 Dekabr 2024 18:38
Ukrayna parlamentinin işi iflic olub Müxalifət hökumətin istefasını tələb edir
18 Noyabr 2025 18:34
Baxış sayı:100
Bu xəbər 14 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















