Hollandiyada seçkilər 29 oktyabrda keçiriləcək
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hollandiyada koalisiya hökumətinin süqutundan sonra seçkilərin 29 oktyabr 2025-ci il tarixində baş tutacağı elan edilib.
Sherg.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Judith Uitermark sosial şəbəkədə məlumat verib.
O, seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bələdiyyələrlə və digər tərəfdaşlarla hazırlıqların aparılacağını bildirib.
Sorğular, Geert Vildersin rəhbərlik etdiyi aşırı sağçı Azadlıq Partiyası (PVV) ilə Frans Timmermansın rəhbərlik etdiyi İşçi Partiyası/Yaşıl Sol ittifaqı arasında gərgin rəqabətin olacağını göstərir.
Xatırladaq ki, Vilders rəhbərlik etdiyi PVV partiyasını koalisiya hökumətindən çıxararaq hökumətin dağılmasına səbəb olmuşdu. O, sığınma siyasətinə dəstək verilmədiyini əsas gətirərək sərt miqrasiya planı təqdim etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 İyun 2025 03:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















