Icma.az
close
up
RU
Hollandiyaya getmək üçün İrandan Azərbaycana üzərək keçiblər

Hollandiyaya getmək üçün İrandan Azərbaycana üzərək keçiblər

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Hollandiyaya getmək məqsədilə İrandan Azərbaycana qanunsuz yolla keçən Əfqanıstan vətəndaşları məhkəmə qarşısına çıxarılıblar.

Bakıvaxtı.az xəbər verir ki, onlar İrandan Astara çayını üzərək keçib Azərbaycan ərazisinə daxil olarkən Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, 2002-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Rza Qasimi və 1999-cu il təvəllüdlü Pir Məhəmməd (ad və soy ad şərti göstərilib) Avropaya getmək məqsədilə İranda bir-birilə əlaqə saxlayıblar. Onlar Almaniyada və Hollandiyada yaşayan qohumlarının yanına çatmaq üçün qeyri-qanuni yollarla sərhədi keçmək barədə razılığa gəliblər.

Bu məqsədlə hər iki şəxs İranın Qum şəhərindən Astara istiqamətinə yola düşüb. Mobil telefonlarında “Google Maps” proqramından istifadə edərək Azərbaycanla İran arasındakı sərhədi müəyyənləşdiriblər. Gecə saatlarında hərbi nəzarətin az olduğu ərazidə- Astara çayı vasitəsilə üzərək Azərbaycan ərazisinə daxil olublar.

Onlar Azərbaycan sərhədini keçdikdən bir neçə dəqiqə sonra DSX-nin N saylı hərbi hissəsinin sərhədçiləri tərəfindən saxlanılıblar.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər ittihamla razılaşaraq əməlindən peşman olduqlarını bildiriblər. Deyiblər ki, 2021-ci ildə Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ailələri ilə birlikdə İrana köçüblər. İrandan deport olunduqdan sonra isə Avropaya getmək istəyiblər. Onlar gənc yaşlarını və səmimi etiraflarını nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş ediblər.

Məhkəmənin hökmü ilə hər iki şəxs Cinayət Məcəlləsinin 318.2-ci maddəsi (dövlət sərhədini qanunsuz keçmə) ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Cəzaları bitdikdən sonra məcburi qaydada Azərbaycan Respublikasının hüdudlarından çıxarılacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Noyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see290

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see212

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see207

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see205

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see197

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see145

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see138

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see138

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see138

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see135

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see127

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see125

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see125

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see124

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see121

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri