Icma.az
close
up
RU
Arazı üzərək İrandan Naxçıvana keçdi 1000 manat CƏRİMƏLƏNDİ

Arazı üzərək İrandan Naxçıvana keçdi 1000 manat CƏRİMƏLƏNDİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Araz çayını üzərək İrandan Azərbaycana keçən şəxsin başına gələnlər olduqca maraqlıdır. İranda onun sənədləri əlindən alınıb. Bakıya gələndən sonra isə özü könüllü təslim olub.

Modern.az Musavat.com-a istinadən xəbər verir ki, 28 yaşlı Naxçıvan sakini Elmin Məmmədli ötən ilin sonlarında müalicə üçün İrana gedib. Orada daha əvvəldən tanıdığı Məhəmmədrza adlı İran vətəndaşı ilə görüşüb, onun evində qalıb. Bakıya qayıtmaq istəyəndə Məhəmmədrza onun sənədlərini əlindən alıb. Buna səbəb Elminin Tural adlı tanışının Məhəmmədrzaya 75 min manat borcu olması olub. Məhəmmədrza dostunun borcu qarşılığında Elminin sənədlərini girov götürüb.

Elmin oradan qaçaraq sərhədi qanunsuz olaraq keçib. O, Araz çayını üzərək Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndi istiqamətindən sərhədi keçib.

Elmin başına gələnləri belə danışıb: "Məhəmmədrza ilə Bakıda alış-verişlə məşğul olanda tanış olmuşdum. İrana gedəndə Məhəmmədrzaya xəbər etdim. Məni qarşılayaraq öz evlərinə apardı. Bir müddət onlarda qaldım. Sonra Məhəmmədrza sənədlərimi götürdü. Tural Novruzov adlı tanışımın ona 75 min manat borcu olduğunu dedi. Tural borcunu qaytardıqda sənədlərimi verəcəyini bildirdi.

Buna görə konsulluğa müraciət etdim. Mənə qayıdış şəhadətnaməsi verildi. Lakin Təbrizdəki miqrasiya xidmətinin rəisi Məhəmmədrzanın tanışı olduğundan şəhadətnaməyə möhür vurmadı. Yenidən konsulluğa müraciət etdim. 4 ay İranda qaldım, amma çıxış yolu tapa bilmədim. Məni konsulluğa gətirən taksi sürücüsü telefon nömrəsini verib kömək təklif etdi. 500 min tümən qarşılığında kömək edə biləcəyini dedi. Araz çayının yaxınlığında üzərək keçməyi təklif etdi".

Bu təkliflə razılaşan Elminə tikanlı məftilləri qaldırmaq üçün 2 ədəd ağac verib çayı keçəcəyi yerə gətiriblər.

Elmin Arazı üzərək Şahtaxtı kəndinə keçib. Oradan atasına zəng edərək kömək istəyib. Atası həmkəndlisi Fərid adlı şəxsdən Elmini Şahtaxtı kəndindən götürməsini istəyib.

Elmin sonra Dövlət Sərhəd Xidmətinə gedərək təslim olub.

Bundan sonra məsuliyyətə cəlb edilən Elmin əməlindən peşman olduğunu bildirib. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə Elmini 1600 manat cərimə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 May 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see141

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see125

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see121

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

NATO müharibənin bitmə tarixini AÇIQLADI

26 Noyabr 2025 15:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri