Icma.az
close
up
RU
Hollivud ulduzu keşişlik fəaliyyətinə başlayır

Hollivud ulduzu keşişlik fəaliyyətinə başlayır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Hollivudun qaradərili ulduz aktyoru hər kəsi təəccübləndirəcək addım atıb. "Today" nəşrinin yazdığına görə, Denzel Vaşinqton artıq keşiş kimi lisenziya alıb.
Reyting.az
xəbər verir ki, iki dəfə "Oskar" mükafatına layiq görülən və üçqat "Qızıl Qlobus" mükafatçısı olan Denzel Vaşinqton uzun illik aktyorluq tərcümeyi-halına daha bir başqa peşə də əlavə edib.
Məlumata görə, bu yaxınlarda ekrana çıxan "Qladiator 2" dastanının ulduzu bir müddət sonra müqəddəs əmrləri qəbul etməyə imkan verəcək keşiş lisenziyasını həftə sonu ala bilib. Bu məşhur aktyorun Nyu-Yorkun Harlem şəhərində yerləşən Kelli Templ kilsəsində vəftiz olunduğu da təsdiq edilib.
2024-cü ilin 28 dekabrında 70 yaşını qeyd edəcək Denzel Vaşinqton dəfələrlə öz dini inanclarından bəhs edib və o, hətta Hollivud məşhurları arasında olduqca nadir rast gəlinən dini biliklərini, təcrübələrini bölüşməyə hazır olduğunu bildirib. Mərasimdə aktyor bir qədər vaxt alsa da, nəhayət ki, bu addımı atdığını qeyd edib və həyat yoldaşına da təşəkkür etməyi unutmayıb.
Denzel Vaşinqton deyib: "Mənim heç bir qorxum yoxdur, barəmdə başqalarının nə düşündüyü də qətiyyən məni maraqlandırmır. Əgər sən qorxudan danışsan, "Oskar" da qazanmayacaqsan, partiyaları qaçıracaqsan və üstəlik, bu şəhərdə yaşaya bilməyəcəksən".
D. Vaşinqton həmçinin müəllif kimi çoxdan dərc etdirdiyi bir essesindən sitat da gətirib. Hollivud ulduzu öz yazısından belə bir xatırlatma edib: "Bu, dəbə uyğun gəlmir, ancaq seksualdır. Amma bu həyat Hollivudda yaşayanların heç də Yaradana inanmadığı anlamına gəlmir. Orada ulduz möhürü altında yaşayanların inanclarını müzakirə etmək vərdişi bizdə də yoxdur. Lakin mən bilmirəm, aktyorlardan kim inanır, çünki bununla bağlı heç sorğu da keçirməmişəm, lakin bizdə aktyorlar üçün kilsə xidməti yoxdur". Aktyor məhz bu məsələnin də xüsusi qabardılmasının tərəfdarı olduğunu qeyd edib.
Onu da qeyd edək ki, D. Vaşinqton yaxın vaxtlarda Spayk Linin kriminal trillerində və "Qara Pantera 3" filmində rol alacaq.
Oqtay QORÇU

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Dekabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri