Hollivud ulduzu yenidən klub satın almağa hazırlaşır
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Hollivud ulduzu Rayan Reynolds "Reksem"dəki uğurlu layihəsini Braziliyada təkrarlamağa hazırlaşır.
QOL.az xəbər verir ki, "Topskills Sports UK" nəşrinin yaydığı məlumata görə, 49 yaşlı aktyor Braziliyanın "Santa Kruz" klubunu almağa çox yaxındır. Tərəflər arasındakı danışıqların artıq yekunlaşma mərhələsində olduğu və Reynoldsun tezliklə rəsmən klubun sahibi statusunu əldə edəcəyi bildirilir.
Qeyd edək ki, hazırda Braziliya C Seriyasında mübarizə aparmağa hazırlaşan "Santa Kruz"un zəngin ənənələri və sadiq azarkeş ordusu var. Son illərdə böhranla üzləşən klubun Rayan Reynoldsun gəlişindən sonra yenidən dirçələcəyi gözlənilir. Aktyorun özü də "Reksem"də tətbiq etdiyi uğurlu modeli burada reallaşdıra biləcəyinə inanır.
Xatırladaq ki, Rayan Reynolds 2021-ci ildə "Reksem"i aldıqdan sonra Uels təmsilçisi aşağı liqalardan sürətlə yüksələrək İngiltərə Premyer Liqasına vəsiqə uğrunda mübarizə aparacaq səviyyəyə gəlib çıxıb.
Baxış sayı:171
Bu xəbər 02 Mart 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















