Honqkonqda yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı artdı
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Honqkonqun Tai Po rayonunda çoxmərtəbəli yaşayış kompleksində baş verən yanğın nəticəsində azı dörd nəfər ölüb.
Moderator.az CNN-ə istinadən xəbər verir ki, yerli yanğınsöndürmə xidməti hadisə zamanı üç nəfərin xəsarət aldığını da bildirib.
Yerli mətbuatda ölənlərdən birinin xilasedici olduğu bildirilir, lakin bu məlumat hələlik təsdiqini tapmayıb.
Hələ də yanan binada köməksiz vəziyyətdə qalan insanların sayı barədə dəqiq məlumat yoxdur.
Qeyd olunur ki, bambukdan hazırlanan tikinti materialları binada yanğına səbəb olub. Honqkonqda tikinti və təmir işləri üçün bambukdan istifadə olunur. Hökumət təhlükəsizlik problemləri səbəbindən ictimai layihələrdə bambukdan istifadəni mərhələli şəkildə dayandıracağını da açıqlayıb.
Baxış sayı:54
Bu xəbər 26 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















