Hörmüz 8 milyard qarşılığında açılacaq? Tehrandan cavab
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran rəsmiləri 8 milyard dollarlıq dondurulmuş aktivlərin azad edilməsi müqabilində Hörmüz boğazının dəniz nəqliyyatına açılması barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Tehran administrasiyası yalnız irəli sürdükləri şərtlərin yerinə yetiriləcəyi təqdirdə danışıqları qəbul edəcəklərini vurğulayıb.
“Qafqazinfo”nun xəbərinə görə, “Fars" xəbər agentliyinə açıqlama verən və adı açıqlanmayan rəsmi şəxs səkkiz milyard dollar müqabilində boğazın yenidən açılması istiqamətində hər hansı danışıqların aparıldığını qəti şəkildə təkzib edib.
Bununla belə, bəzi beynəlxalq KİV-lər, o cümlədən İsrailin “Israel Hayom” qəzeti ABŞ Prezidenti Donald Trampın Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə İranın təkliflərini müzakirə etmək üçün görüşəcəyini iddia etmişdi.
Tehran rəhbərliyi Vaşinqtona qarşı irəli sürdüyü tələblərdə qətiyyətli olduğunu bildirib. Belə ki, İranın əsas tələblərinə dəniz blokadasının tamamilə qaldırılması, ticarət və neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün rəsmi zəmanətlər, birtərəfli sanksiyaların ləğv edilməsi, neft ixracına qoyulan məhdudiyyətlərə son qoyulması, xaricdə dondurulmuş aktivlərin sərbəst buraxılması, nüvə materiallarının ölkə daxilində saxlanması və mövcud hərbi qarşıdurmanın, eləcə də, müharibənin sona çatdırılması daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 Noyabr 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















