Icma.az
close
up
RU
Hörmüz boğazı bağlanarsa, ən tez kim “boğular”? Analiz

Hörmüz boğazı bağlanarsa, ən tez kim “boğular”? Analiz

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Yaxın Şərqdə İsrail və İran arasında gərginliyin artması dünya birjalarının, enerji bazarlarının və geosiyasi analitiklərin diqqətini yenidən Hörmüz boğazına yönəldib.
Yeniavaz.com
xəbər verir ki, bu strateji dəniz keçidi bütün dünyanın iqtisadi sabitliyi üçün həyati əhəmiyyət daşıyır. Əgər İran müharibə şəraitində boğazı bağlamağa qərar verərsə, nəticələr qlobal səviyyədə ağır və çoxşaxəli olacaq.
Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən, təxminən 40-95 kilometr enində olan dəniz keçididir. O, enerji bazarlarının “aorta damarı” hesab olunur. Çünki dünya üzrə qlobal dəniz neft ticarətinin 30%-i və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 20%-i bu boğazdan keçir. Təkcə 2024-cü ildə gündəlik orta tranzit həcmi 20,3 milyon barel neft və 290 milyon kubmetr LNG olub. Bu rəqəmlər, təkcə Yaxın Şərq ölkələrinin deyil, həm də qlobal sənaye və enerji istehlakçılarının bu boğaza necə bağlı olduğunu açıq şəkildə göstərir.
Ən çox ixrac edən ölkələrdən Səudiyyə Ərəbistanı gündəlik milyonlarla barel xam neftini bu marşrutla dünya bazarlarına göndərir. Qətər isə LNG ixracatında liderdir. Onun göndərdiyi maye qazın 80%-i Asiyaya, 20%-i isə Avropaya istiqamətlənir. Bu, Asiya ölkələrinin enerji təhlükəsizliyinin böyük ölçüdə Hörmüzdən asılı olduğunu göstərir.
İran, tarixi olaraq bu boğazı öz təsir zonası hesab edir. Keçmişdə, xüsusən də ABŞ sanksiyalarına cavab olaraq, İran dəfələrlə Hörmüzü bağlamaqla hədələyib. Əgər İsrail–İran müharibəsi uzun müddət davam edərsə və bu dəfə İran hədə-qorxunu gerçəyə çevirərsə, bunun nəticəsində enerji qiymətləri kəskin yüksələcək, qlobal inflyasiya artacaq, beynəlxalq tədarük zəncirləri pozulacaq, xüsusən də Asiya və Avropa ölkələri enerji böhranı ilə üz-üzə qalacaq.
Müharibənin uzanması xam neftin bir barelinin 150 dolları keçməsi ssenarisini real edə bilər. LNG bazarlarında isə qiymət sıçrayışları sənaye istehsalının azalmasına, hətta bəzi ölkələrdə enerji çatışmazlığına səbəb ola bilər. Bu, inkişaf etməkdə olan ölkələr üçün xüsusilə təhlükəlidir.
Ən böyük zərbəni İran özü alar
Hörmüz boğazı bağlanarsa, ən böyük zərbəni Asiya ölkələri alar. Çin, Hindistan, Yaponiya və Cənubi Koreya neft və LNG ehtiyaclarının mühüm hissəsini Yaxın Şərqdən, məhz Hörmüz boğazından keçməklə təmin edir. Təkcə Çin gündəlik milyonlarla barel nefti bu marşrutla idxal edir və enerji sektorundakı hər hansı kəsinti onun sənaye istehsalına, tədarük zəncirlərinə və iqtisadi artımına birbaşa təsir edər. Hindistanın idxal balansı və rupinin məzənnəsi boğazdakı sabitlikdən birbaşa asılıdır. Yaponiya və Cənubi Koreya isə resurs baxımından tamamilə xaricə bağlı ölkələr olaraq enerji çatışmazlığı və qiymət şokları ilə üzləşə bilər. Boğazın bağlanması bu ölkələrdə enerji böhranına və iqtisadi durğunluğa yol aça bilər.
Avropa İttifaqı ölkələri, xüsusilə LNG idxalında Qətərə bağlı olan İtaliya, İspaniya və Fransa da ciddi təzyiq altında qala bilər. Qərbi Avropa alternativ enerji marşrutlarına malik olsa da, qiymət artımı və təchizat sıxlığı bu ölkələrin sənaye və nəqliyyat sektorlarında dalğalanmalara səbəb olar. Türkiyə kimi region ölkələrində isə bu vəziyyət inflyasiyanı daha da kəskinləşdirə, enerji subsidiyalarını artıraraq büdcəyə təzyiq göstərə bilər.
Hörmüz boğazı ətrafındakı ölkələr – Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman və Qətər — iqtisadiyyatlarını əsasən enerji ixracına əsaslandırıblar. Boğazın bağlanması onların ixrac kanalını tamamilə bağlayacaq, büdcə gəlirlərini kəskin azaldacaq və sosial-iqtisadi sabitliyi pozacaq. Ən həssas ölkə isə bəlkə də Qətərdir, çünki onun qaz ixracının 100%-ə yaxını bu boğazdan keçir.
Amma ən böyük zərbəni isə heç şübhəsiz ki, İran özü alar. Hörmüz boğazını bağlamaq taktiki olaraq Qərbə və İsrailə təzyiq vasitəsi kimi görünsə də, İranın iqtisadiyyatının özəyini təşkil edən neft ixracını da eyni şəkildə dayandıracaq. Onsuz da sanksiyalar altında əziyyət çəkən İran üçün bu, neftdən gələn məhdud gəlirlərin də sıfırlanması, milli valyutanın daha da zəifləməsi, inflyasiyanın yüksəlməsi və daxili sosial narazılığın artması deməkdir.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 İyun 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see300

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri