Icma.az
close
up
RU
Hörmüz boğazı bağlanarsa...

Hörmüz boğazı bağlanarsa...

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu, böyük qiymət artımlarının olmasını labüd edəcək

İran sahillərində Hörmüz boğazı yaxınlığında üç gəmi yanıb. Yanan gəmilər Fars körfəzi ölkələrindən neft və qaz ixracı üçün əsas marşrutun keçdiyi Hörmüz boğazının yaxınlığındadır.

Televiziya kanalı hadisənin səbəblərini açıqlamır. İsrailin İranın ərazi sularındakı gəmilərə zərbə endirməsi barədə məlumat daxil olmayıb.

Eyni zamanda, “Neftegaz.ru”nun məlumatına görə, rəsmi olaraq hazırda yalnız “Adalynn” tankerində baş verən hadisə təsdiqlənib. Gəmi Xaur-Fakkan limanının cənubunda Fuceyra limanının lövbər dayanacağında olub. BƏƏ Milli Qvardiyasının Sahil Mühafizə bölməsi iyunun 17-də “Adalynn” tankerinin 24 heyət üzvünün xilas edildiyini və təxliyə olunaraq Xaur-Fakkan limanına çatdırıldığını bildirib.

Ümumiyyətlə İsrailin İrana hücumundan sonra Hörmüz boğazı dünya gündəmində daha çox müzakirə olunur. İran Hörmüz boğazını bağlayacağı ilə bağlı açıqlamalar verir. ABŞ isə buna sərt reaksiya verir. Təbii ki, Hörmüz boğazının dünya iqtisadiyyatında cidd rol oynaması bəlli məsələdir. Bəs ekspertlər nə deyir, Hörmüz boğazı bağlanarsa dünya iqtisadiyyatında nə baş verə bilər?

“Bu, dünya iqtisadiyyatı üçün arzuolunan deyil”

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov söyləyib ki, İran-İsrail müharibəsi beynəlxalq yükdaşımalara təsir göstərməkdədir: “Nəzərə alsaq ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi İran üzərindən reallaşır və eyni zamanda İranın körfəzə çıxış imkanları praktik olaraq regional və beynəlxalq yükdaşımalara təsir göstərir”.

Deputat əlavə edib ki, bu kontekstdən təbii ki, müharibə yüklərin İran üzərindən daşınmasına və həmçinin körfəz üzərindən daşınan yüklərin həcminə təsir göstərə bilər: “Bu, dünya iqtisadiyyatı üçün arzuolunan deyil. Çünki dünya iqtisadiyyatının bəzi məhsulların təklifinə və eləcə də tələbinin ödənilməsinə neqativ təsir göstərə bilər. Adətən Yaxın Şərqdə baş verən müharibələr beynəlxalq yükdaşımalara neqativ təsir göstərir. Bu da təbii ki, bəzi məhsullara tələbin ödənilməsində çətinliklər yaradır. Ona görə də əgər müharibənin miqyası dərinləşərsə, ümumiyyətlə, Hörmüz boğazının bağlanması qısa, orta və uzun müddəti əhatə edərsə, bu, beynəlxalq yükdaşımalarda dünya iqtisadiyyatına neqativ təsir göstərəcək. Bəzi ölkələrdə bir sıra məhsullar, o cümlədən ərzaq məhsullarına tələbin ödənilməsində çətinliklərin yaranmasına səbəb olacaq. Ona görə də birmənalı şəkildə müharibə beynəlxalq yükdaşımalara və qlobal iqtisadiyyata neqativ təsir göstərməkdədir”.

“Dünya iqtisadiyyatı yenidən yeni bir sınaqla qarşılaşacaq”

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 23 iyunda başlanmış İsrail-İran müharibəsi təəssüf ki, davam etməkdəir və tərəflərin bir-birinə endirdiyi hava zərbələri nəticəsində hər iki tərəfdə böyük dağıntılar və insan ölümləri baş verir: “Həm də müharibənin dayandırılması ilə bağlı müxtəlif səviyyələrdə təşəbbüslər səslənsə də hələ ki, döyüş meydanında səngimə görünmür və dağıntıların miqyası ötən hər gün genişlənməkdədir. İran dünya neft tələbatının 4%-ə qədərini istehsal etdiyindən müharibənin başlandığı ilk gündən başlayaraq qlobal bazarlarda neftin qiyməti artmaqdadır. Əgər müharibə uzun müddətli olarsa və Hörmüz boğazında daşınmalarla bağlı təhlükə meydana gələrsə, qlobal bazarlarda neft və qazın qiymətlərində kəskin artımların olacağı gözləniləndir. Təbii ki, bu da qlobal infilyasiyaya yol açacaq. Yəni dünya iqtisadiyyatı yenidən yeni bir sınaqla qarşılaşacağına ehtimallar böyüyür. Çünki Hörmüz boğazı dünya ticarətinin əsas arteriyalarından biridir və qlobal neft təlabatının 20%-dən çoxu, mayeləşdirmiş qazın 1/5 hissəsi Hörmüz boğazı vasitəsilə daşınır. Bu da böyük iqtisadi güc mərkəzləri olan ölkələrin neft-qaz idxalını bahalaşdıracaq və böyük qiymət artımlarının olmasını labüd edəcək”.

“Dünya nizamının təhlükəsizlik arxitekturası pozulub”

A.Badamov qeyd edib ki, İran sahillərində Hörmüz boğazı yaxınlığında üç gəminin yanması da vəziyyətin təhlükəli səviyyəyə gəldiyini göstərir: “Bu baxımdan Hörmüz boğazında vəziyyət gərginləşdikcə neft-qaz məhsulların qiymətlərində sıçrayışlı artımlar olacaq və bu da qlobal inflyasiya risklərini sürətləndirəcəyini hesab edirəm. Təəssüf ki, dünya nizamının təhlükəsizlik arxitekturası pozulub və bu da özü ilə yeni qlobal problemlər gətirir”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:325
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 İyun 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri