Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 oktyabr, AZƏRTAC
Körfəzdən Çinə uzanan TD3C marşrutu üzrə böyük xam neft tankerləri üçün ton başına yük daşımaları tarifləri 5 dəfə artıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ-İran müharibəsi başlamazdan əvvəlki son ticarət günü olan fevralın 27-də Körfəzdən Çinə gedən çox böyük xam neft tankerləri üçün ton başına yük daşımaları tarifləri 45,42 dollar təşkil edib, sentyabr ayında isə bu rəqəm 229,76 dollar olub. Bu marşrut üzrə daşınma xərcləri müharibədən əvvəlki səviyyələrlə müqayisədə təxminən 406 faiz və ya 5 dəfə artıb.
Daşıma xərcələrinin artması Hörmüz boğazından keçid tələb etməyən marşrutlarda da qiymətlərə təsir etdib. Belə ki, Oman körfəzindən Çinə gedən TD34 marşrutunda ton başına yük daşımalarının qiyməti martın 26-da 36,78 dollar olduğu halda, sentyabrda təxminən 3,8 dəfə artaraq 140,02 dollara yüksəlib.
Sentyabr ayının sonuna Hörmüz boğazından keçən TD3C marşrutunda nəqliyyat xərcləri, boğazdan keçid tələb etməyən TD34 marşrutundan təxminən 64 faiz yüksək olub.
Qeyd edək ki, müharibədən əvvəl Hörmüz boğazından keçən neft və neft məhsullarının təxminən 80 faizi Asiyaya daşınırdı.
Baxış sayı:91
Bu xəbər 06 Oktyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















