Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Hörmüz boğazında “neft tıxacı”

Hörmüz boğazında “neft tıxacı”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tankerlər lövbər salıb, bazar yanacaq gözləyir

Fevral ayının sonlarında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ilə Yaxın Şərqdə qarşıdurma yeni və daha geniş miqyas alıb. Bu qarşıdurmanın mərkəzi isə dünyanın ən strateji enerji keçid nöqtələrindən biri olan Hörmüz boğazı olub. Qlobal neft ticarətinin təxminən beşdə birinin keçdiyi bu dar su yolu qısa zamanda həm hərbi, həm də iqtisadi gərginliyin əsas meydanına çevrilib.

Münaqişənin başlanğıcında İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) böhran vəziyyətini elan edərək boğazdan tranzitin SEPAH nəzarəti olmadan mümkün olmayacağını bildirib və gəmilərə radio vasitəsilə keçidə icazə verilməyəcəyini xəbər verib. Yeri gəlmişkən, bu xəbərdən sonra beynəlxalq tanker şirkətləri bölgədən uzaqlaşmağa məcbur olub. Gəmi hərəkəti qısa müddətdə demək olar ki, dayanma səviyyəsinə çatıb, onlarla neft tankeri və yük gəmisi boğazdan kənarda gözləməyə məcbur olub, bir çox şirkət isə marşrutlarını tamamilə dəyişdirmək məcburiyyətində qalıb.

Mart ayına doğru vəziyyət daha da gərginləşib. İranın müxtəlif bayraqlar altında üzən ticarət gəmilərinə qarşı hücumları intensivləşib və bir neçə gəmi ciddi zərər görüb. Bununla bərabər, ABŞ hərbi-dəniz qüvvələri regionda aktiv əməliyyatlara başlayıb. Məqsəd boğazın yenidən açılması və beynəlxalq ticarət axınının bərpası olub, lakin bu addımlar effektli nəticə verməyib.

Hörmüz boğazında baş verənlər qlobal iqtisadiyyata dərhal təsir göstərib. Neft qiymətləri kəskin artaraq son illərin ən yüksək səviyyələrinə çatıb. Enerji idxalından asılı olan ölkələr, xüsusilə Asiya bazarları ciddi təzyiqlərlə üzləşib. Bir sıra dövlətlər strateji ehtiyatlarını istifadəyə verib, bəzi ölkələrdə isə yanacaq məhdudiyyətləri tətbiq olunub. Qlobal tədarük zəncirlərində yaranan problemlər sənaye istehsalına da mənfi təsir göstərib. İran bildirir ki, “düşmən olmayan gəmilər” yalnız Tehranla birbaşa koordinasiya etdikləri təqdirdə bu mühüm ticarət marşrutundan keçə bilərlər. Praktikada isə bu, o deməkdir ki, adətən dünya neft tədarükünün təxminən 20 faizinin daşındığı bu keçiddən hazırda cəmi bir neçə gəmi istifadə edə bilir.

Bu arada dünyanın mayeləşdirilmiş neft qazı (LPG) üzrə ikinci ən böyük idxalçısı olan Hindistan Hörmüz boğazında qalan yüklərinin çıxarılması üçün İranla danışıqları davam etdirir. Rəsmi Dehlinin məlumatına görə, cümə gününə olan vəziyyətdə ən azı 20 Hindistan bayraqlı gəmi, o cümlədən 5 LPG tankeri Fars körfəzi ərazisində hələ də hərəkətsiz vəziyyətdə qalır. Hazırda Hindistan son onilliklərin ən ciddi qaz böhranı ilə üz-üzədir. Hökumət məişət istehlakçılarını qorumaq məqsədilə sənaye müəssisələrinə qaz təchizatını məhdudlaşdırmağa məcbur olub. 1,4 milyarddan çox əhalisi olan Hindistan ötən il 33,15 milyon ton LPG istehlak edib və idxal etdiyi bu qazın 90 faizi Yaxın Şərq ölkələrinin payına düşüb.

Hörmüz boğazının bağlanması Asiya ölkələrinə xüsusilə ağır təsir göstərib. Filippin ötən həftə neft emalı zavodlarının Rusiya nefti almağa yönəlməsi fonunda milli enerji fövqəladə vəziyyəti elan edib. Rəsmilərin xəbərdarlığına görə, Vyetnam, Tayland və Sinqapur kimi ölkələrdə də yanacaq ehtiyatları kritik həddə enə bilər.

Hörmüz boğazının bağlanması və bunun fonunda qlobal neft qiymətlərinin kəskin bahalaşması enerji bazarlarında yeni mərhələnin başladığını göstərib. Hazırda alternativ enerji və nəqliyyat layihələri beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Bununla bərabər, İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən irəli sürülən təşəbbüs diqqət çəkib.

Təklifə əsasən, Yaxın Şərqin əsas neft ixracatçıları — Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və İraqdan çıxarılan neft yeni boru kəməri vasitəsilə İsrail ərazisindən keçərək Qırmızı dəniz sahillərinə çatdırıla bilər. Bu layihənin həyata keçirilməsi üçün həm kəmərin tikintisi, həm də sahil terminallarının yaradılması məqsədilə böyük həcmdə investisiya tələb olunub.

Hazırkı mərhələdə isə dünya bazarlarında neftin qiymət artımı davam edir. Bu tendensiya Azərbaycan neftinə də birbaşa təsir göstərir. Martın 31-nə olan məlumata görə, “Azeri Light” markalı xam neftin bir barelinin qiyməti 3,81 ABŞ dolları və ya 3,07 faiz artaraq 128,05 ABŞ dollarına yüksəlib. Yeri gəlmişkən, ölkənin cari il üzrə dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Bununla bərabər, Hörmüz boğazının daha 1 ay müddətinə faktiki blokadaya alınması Brent markalı neftin qiymətlərini bir barel üçün 150 dollara qədər yüksəldə bilər. Bu fikri Amerikanın "JP Morgan" bankının baş iqtisadçısı Bryus Kasman “The Times” qəzetinə bildirib. Martın 30-da Londonun ICE birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 19 martdan bəri ilk dəfə bir barel üçün 115 dolları keçib, daha sonra bir barel üçün 112,78 dollara düşüb.

Qeyd edək ki, neftin bahalaşması və geosiyasi qarşıdurmaların mərkəzində dayanması alternativ enerji mənbələrinə marağı da artırıb. Elektrik mühərrikli nəqliyyat vasitələrinin istehsalı sürətlənib. Xüsusilə Çin bu sahədə önəmli addım atıb. Belə ki, rəsmi Pekin elektrik mühərrikli yük gəmiləri üzrə layihələri inkişaf etdirib.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Aprel 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri