SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda neft tankerinin dəniz minalarına çırpılması nəticəsində partladığını açıqlayıb.
Moderator.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, "Algaya" adlı neft tankeri Hörmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışarkən dəniz minalarına çırılıb və nəticədə partlayış baş verib.
Məlumata görə, tankerdə baş verən yanğının söndürülməsi və nəzarətə götürülməsi istiqamətində aparılan cəhdlər nəticə verməyib. Nəticədə neft tankerinin tamamilə yanıb.
SEPAH bildirib ki, daha əvvəl qanunsuz marşrutun təhlükəli olması barədə xəbərdarlıq edilib.
İran tərəfi həmçinin, Hörmüz boğazının bağlı olduğunu və boğazın SEPAH Hərbi Dəniz Qüvvələrinin nəzarətində qaldığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 15 Sentyabr 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















