Hörmüz Boğazında son 9 gündə ən yüksək gəmi keçidi qeydə alınıb
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hörmüz Boğazında 11 may tarixində son 9 gün ərzində ən yüksək ticarət gəmi hərəkəti müşahidə olunub.
BAKU.WS xəbər verir ki, müxtəlif növ yüklər, quru yük, LPG, neft məhsulları və taxıl daşıyan 10 ticarət gəmisi boğazdan keçib. Bu göstərici 2 mayda qeydə alınan 14 gəmi keçidindən sonra ən yüksək rəqəm kimi qiymətləndirilir.
Məlumata əsasən, dünən keçid edən gəmilərin yarısı Körfəzə daxil olub, digər yarısı isə Körfəzdən çıxış edib. Gəmilərin əksəriyyəti İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Oman arasında hərəkət edib. Eyni zamanda Argentina və Kanadadan gələn gəmilərin də İran istiqamətində taxıl daşıdığı bildirilib.
Bununla yanaşı qeyd olunur ki, Hürmüz Boğazında ümumi ticarət gəmi axını əvvəlki dövrlərlə müqayisədə hələ də kəskin aşağı səviyyədə qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 12 May 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















