SEPAH: Hörmüz boğazında bir gündə üç gəmi partlayıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Hörmüz boğazında daha bir neft tankeri dəniz minasına çırpılıb və partlayış nəticəsində yanğına məruz qalıb.
Bakıvaxtı.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Neft tankeri Qeşm adasının sahilləri yaxınlığında hələ də yanmaqdadır", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, bu, gün ərzində minaya düşən üçüncü gəmidir:
"Son iki həftə ərzində gəmilərin dəniz minaları ilə toqquşması sayı görünməmiş səviyyədə olub. Bu bölgədəki hər bir partlayış sübut edir ki, Hörmüz boğazı ABŞ-nin bəyan etdiyi kimi açıq deyil".
Xatırladaq ki, oxşar insidentlərdə İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Noyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















