Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib, yanğın başlayıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib.
Bu barədə “Fars” agentliyi “Ambrey” dəniz təhlükəsizliyi şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, ticarət gəmisi Oman ərazisində, Xəsəb şəhərinin şimalında boğazın cənub marşrutu ilə hərəkət edərkən mərmi ilə vurulub.
Məlumata əsasən, zərbədən sonra gəmidə yanğın başlayıb. Yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyi bildirilib.
Hadisə ilə bağlı gəminin adı, ekipaj üzvlərinin vəziyyəti və zərbənin kim tərəfindən endirildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, son günlər Hörmüz boğazında ticarət gəmilərinə qarşı bir sıra insidentlər qeydə alınıb. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) sentyabrın 23-də boğazda ticarət gəmisinin naməlum mərmi ilə vurulduğunu, gəminin yandığını və ekipajın təxliyə edildiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 Sentyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















