İran Hörmüz boğazında ticarət gəmisinə hücum edib VİDEO
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələrinin Fars körfəzi və Hörmüz boğazı ərazisində ticarət gəmisinə hücum etdiyi bildirilir.
Modern.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
İlkin məlumatlara görə, hücumdan sonra gəmidə güclü yanğın başlayıb.
İran tərəfi bölgədəki gəmilərə qarşı hərbi tədbirləri naviqasiya qaydalarının pozulması və icazə verilməyən marşrutlardan istifadə edilməsi ilə əsaslandırır.
Hadisə ilə əlaqədar yaxınlıqdakı gəmilər və müvafiq xidmətlərin mümkün təhlükə barədə xəbərdar edildiyi bildirilir.
Qeyd edək ki, son günlər Hörmüz boğazında ticarət gəmilərinə hücumlar intensivləşib. Bu da strateji əhəmiyyətli dəniz marşrutunda təhlükəsizliklə bağlı narahatlıqları artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















