Hörmüz boğazındakı türk gəmilərindən gözlənilən xəbər gəldi
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
ABŞ İrana qarşı dəniz blokadası təhdidini davam etdirərkən, Hörmüz boğazındakı Türkiyə gəmilərinin taleyi ilə bağlı açıqlama yayılıb.
Turkustan.az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, "Hörmüz boğazında ümumilikdə 15 gəmimiz var idi. Onlardan 3-nü geri çəkmişik. Qalan 12 gəmidən 4-ü geri çəkilmək üçün müraciət etməyib. Qalan 8 gəminin geri çəkilmə tələblərini Xarici İşlər Nazirliyi ilə əlaqələndiririk və ümid edirik ki, onları yaxın günlərdə geri çəkəcəyik".
Digər tərəfdən yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ-ın "dəniz blokadası" zamanı izləmə sistemi aktiv olan bir İran tankeri də Hörmüz boğazından keçərək İranın ərazi sularına çatıb. Hesabatda neft tankerinin 2 milyon barel xam neft tutumuna malik olduğu və ən kiçik bir maneə ilə qarşılaşmadan təyinat yerinə çatdığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 Aprel 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















