Hörmüz böhranı Şimal Cənub dəhlizinə marağı artırıb
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hörmüz boğazında naviqasiyanın pozulması Avrasiyanı Ərəbistan dənizi ilə birləşdirən alternativ marşrut kimi Pakistandan keçən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) inkişafına marağı artırıb.
Newscenter.az xəbər verir ki, bu fikri Pakistanın Federal İncəsənət, Elm və Texnologiya Universitetinin Beynəlxalq Əlaqələr və Kütləvi Kommunikasiyalar kafedrasının müdiri Faysal Cavaid bildirib.
Ekspert qeyd edib ki, hazırkı şəraitdə Pakistan Avrasiya ticarət və nəqliyyat şəbəkələri üçün əlavə tranzit mərkəzinə çevrilə bilər. Bu da onların şaxələndirilməsinə və yük daşımalarının artmasına kömək edəcək.
Cavaidin vurğuladığı kimi, Pakistanın üstünlüyü əlverişli coğrafi mövqeyi, Çin-Pakistan İqtisadi Dəhlizinin infrastrukturunun, eləcə də Ərəbistan dənizindəki Qvadar limanının qlobal bazarlara çıxışı təmin etməsidir.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) Asiyadan Rusiya vasitəsilə Avropaya multimodal yük daşıma marşrutudur. O, digər ölkələrlə yanaşı, Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Hörmüz boğazının altındakı tunel Şimal Cənub dəhlizini genişləndirə bilər
30 Oktyabr 2025 20:57
“Şimal Cənub” dəhlizinə dair saziş təsdiqləndi Fərman
11 Fevral 2025 16:24
Özbəkistan Şimal Cənub dəhlizinə qoşulmaq üçün müraciət edib
17 May 2025 02:15
Hörmüz Böhranı
14 May 2026 08:30
Şimal Cənub dəhlizi genişləndiriləcək
29 Noyabr 2025 16:44
Baxış sayı:120
Bu xəbər 03 Avqust 2026 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















