Hörmüz qərarı enerji bazarını sarsıda bilərdi KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən bütün yüklərə 20 faizlik rüsum tətbiq edilə biləcəyi ilə bağlı səsləndirdiyi fikir qlobal enerji bazarlarında ciddi müzakirələrə səbəb olmuşdu. Lakin qısa müddət sonra bu təşəbbüsdən imtina edilməsi bazarlarda mümkün risklərin qarşısını aldı.
Bəs belə bir qərar qüvvədə qalsaydı, dünya enerji bazarına hansı təsirləri göstərə bilərdi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, sözügedən qərar faktiki olaraq tətbiq edilməyib:
“Belə bir üsul tətbiq olunmadı. Təxminən 2-3 gün əvvəl bununla bağlı bəyanat verilmişdi. Daha sonra isə həmin qərardan imtina edildi.
Əgər belə bir rüsum qüvvəyə minmiş olsaydı, Hörmüz boğazından keçən neft və mayeləşdirilmiş təbii qaz daşımalarının maya dəyəri artacaq, bu isə dünya bazarında enerji qiymətlərinə əlavə təzyiq yaradacaqdı”.
Onun fikrincə, nəqliyyat və sığorta xərclərinin yüksəlməsi xüsusilə enerji idxalçısı olan ölkələrin xərclərini artırar, inflyasiya risklərini gücləndirərdi.
“Eyni zamanda, enerji ixracatçısı ölkələr üçün də bazarlara çıxışın bahalaşması müəyyən çətinliklər yarada bilərdi.
Qərarın ləğv edilməsi bazarlarda yaranan qeyri-müəyyənliyi aradan qaldırıb və qlobal enerji tədarükü ilə bağlı əlavə risklərin formalaşmasının qarşısını alıb. Hazırkı mərhələdə isə enerji bazarlarında əsas diqqət Yaxın Şərqdə geosiyasi vəziyyətə və regionda təhlükəsizlik məsələlərinə yönəlib”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 İyul 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















