Hörmüz boğazında təhlükə dünya enerji bazarını yenidən silkələyir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Yaxın Şərqdə davam edən qarşıdurmalar qlobal enerji təhlükəsizliyini yenidən gündəmə gətirib. Regionda hərbi əməliyyatların genişlənməsi, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket hücumları və Hörmüz boğazında neft tankerləri ilə bağlı insidentlər beynəlxalq bazarlarda narahatlığı artırıb. Dünyanın ən mühüm enerji marşrutlarından biri hesab edilən bu boğazda təhlükəsizlik risklərinin yüksəlməsi neft qiymətlərinə də təsirsiz ötüşməyib.
Reuters agentliyinin yaydığı məlumata görə, cümə günü dünya bazarında neft qiymətləri yüksəlib. Londonun ICE birjasında Brent markalı neftin bir bareli 92,77 dollara, ABŞ-ın WTI markalı neftinin qiyməti isə 83,46 dollara çatıb. Buna baxmayaraq, hər iki göstəricinin həftəni azalma ilə başa vuracağı gözlənilir.
Agentliyin məlumatında bildirilir ki, husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket hücumları regionda enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib. Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına toxunaraq partladığını və yandığını açıqlayıb. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib.
Reuters-in istinad etdiyi bazar analitikləri hesab edirlər ki, Yaxın Şərqdəki hadisələr neft təchizatına dair riskləri yenidən artırır. Bununla belə, Hörmüz boğazından neft daşımalarının müharibədən əvvəlki səviyyələrə yaxınlaşması və bazarda təklif artıqlığı gözləntiləri qiymətlərin daha kəskin yüksəlməsini məhdudlaşdırır.
Enerji bazarının gələcək istiqamətinə təsir göstərə biləcək digər mühüm hadisə noyabrın 29-da keçiriləcək OPEC+ toplantısıdır. İclasda 2027-ci il üçün neft hasilatı siyasətinin müzakirəsi gözlənilir. İştirakçı ölkələrin qəbul edəcəyi qərarlar dünya bazarında qiymətlərin formalaşmasına təsir edə bilər.
Məsələnin iqtisadi tərəfi ilə yanaşı, geosiyasi əhəmiyyəti də böyükdür. Hörmüz boğazı dünya neft ticarətinin əsas dəniz yollarından biridir. Bu marşrutda hərəkətin pozulması enerji idxalından asılı olan ölkələrin iqtisadiyyatına, nəqliyyat xərclərinə və sənaye istehsalına təsir göstərə bilər.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 20 Noyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















