Hörmüzün blokadası ABŞ İran toqquşmalarına səbəb ola bilər Rezai
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hörmüz boğazının ABŞ tərəfindən mühasirədə saxlanılması Amerika ilə İran arasında toqquşmaya səbəb ola bilər.
"Report" xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Livanda fəaliyyət göstərən və "Hizbullah"ın media orqanı "Al-Manar" telekanalına müsahibə zamanı deyib.
"Əgər mühasirə davam edərsə, biz Amerikanın iqtisadi maraqlarını yüz faiz, şiddət və güclə hədəfə alacağıq", - o deyib və əlavə edib ki, atəşkəs dövründə İrandan 80 milyon barrel neft ixrac olunub.
M.Rezainin sözlərinə görə, həmin dövrdə İran ABŞ mühasirəsini yarmağı bacarıb: "Neft satışının həcmi sanksiyalardan əvvəlki səviyyəyə qayıdıb, ixrac üçün yeni marşrutlar yaratmışıq".
Bu mövzuda digər xəbərlər:Hörmüzün blokadası qlobal tənəzzülə səbəb olacaq
17 Aprel 2026 17:10
Hörmüzün blokadası ABŞ ordusuna baha başa gələcək
15 Aprel 2026 11:05
Hörmüzün blokadası müharibə aktıdır KİV
12 Aprel 2026 18:53
Almaniya kansleri: “Hörmüzün blokadası sona çatmalıdır”
05 May 2026 09:05
Hörmüzün blokadası Avropanı staqflyasiya ilə hədələyir
19 May 2026 05:32
Baxış sayı:200
Bu xəbər 28 Avqust 2026 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















