Icma.az
close
up
RU
Hörümçək Toru na cavab gecikmədi: Moskva Kiyevi belə susdurmaq istəyir

Hörümçək Toru na cavab gecikmədi: Moskva Kiyevi belə susdurmaq istəyir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsinin veteranı, “Aydar” batalyonunun sabiq rota komandiri Yevgeni Dikiy bildirib ki, Rusiyanın Ukraynaya gecə saatlarında həyata keçirdiyi raket və dron hücumu, Ukraynanın düşmən təyyarələrini məhv etməklə nəticələnən uğurlu “Hörümçək toru” əməliyyatına verilmiş cavabdır. Onun sözlərinə görə, bu hücum Moskvanın cavab reaksiyası kimi qiymətləndirilməlidir.

Dikiy eyni zamanda xəbərdarlıq edib ki, Ukrayna Rusiya təbliğatının və ABŞ-ın keçmiş Prezidenti Donald Trampın yaratmağa çalışdığı tələyə düşməməlidir. O qeyd edib ki, Rusiya bu hücumları guya məcburi və müdafiə xarakterli kimi təqdim etməyə çalışsa da, əslində Ukrayna sadəcə sağ qalmağa və özünü müdafiə etməyə çalışır. Onun fikrincə, Rusiyanın bu tip hücumları Ukraynanın sülh təşəbbüslərindən sonra belə həyata keçirməsi Moskvanın məqsədli şəkildə müstəqil Ukraynanı məhv etmək niyyətində olduğunu göstərir.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova isə bildirib ki, Rusiyanın gecə saatlarında endirdiyi raket və dron hücumu, Ukraynanın  “Hörümçək toru” əməliyyatı çərçivəsində düşmən təyyarələrinin məhv edilməsinə verilmiş taktiki cavab kimi qiymətləndirilə bilər:

“Bu, hər iki tərəfin müharibə meydanında nəzarəti itirməmək və üstünlük qazanmaq üçün intensiv mübarizə apardığının bariz nümunəsidir. İlkin olaraq qeyd edilməlidir ki, Ukraynanın həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı düşmən təyyarələrinin effektiv şəkildə neytrallaşdırılması baxımından mühüm addımdır.

Bu, Ukrayna qüvvələrinin hava hücumlarından müdafiə sahəsində irəliləyiş əldə etdiyini və Rusiyaya qarşı texnoloji-taktiki imkanlarını qismən də olsa artırdığını göstərir”.


Aytən Qurbanova

Politoloqun sözlərinə görə, Rusiyanın bu hücuma cavabı Ukraynanın müdafiə xəttini zəiflətmək və strateji üstünlüyü yenidən ələ keçirmək məqsədi daşıyır:

“Hücumların məqsədi Ukraynanın hava hücumlarına qarşı müdafiə sistemlərini sarsıtmaq, qarşı tərəfin əməliyyatlarının effektivliyini minimuma endirməkdir.

Nəticə etibarilə, bu hadisə göstərir ki, müharibə hələ uzun müddət aktiv fazada davam edəcək və tərəflər döyüş qabiliyyətlərini itirməmək üçün daim yeni taktikalardan istifadə edəcəklər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 İyun 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri