Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Rusiya üzərindəki “Hörümçək toru” Moskva mövqeyindən geri çəkiləcək?

Rusiya üzərindəki “Hörümçək toru” Moskva mövqeyindən geri çəkiləcək?

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlham İsmayıl: “Ukrayna Rusiyaya mesaj verir ki, mövqeyindən geri çəkilməsə, daha acınacaqlı halla üzləşəcək”

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi davam etdiyi vaxtda Kiyev unikal əməliyyatla Moskvaya ağır zərbə endirdi. Belə ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən “Hörümçək toru” adlı genişmiqyaslı əməliyyat Rusiya hərbi aviasiyasına sarsıdıcı zərbə vurmuş oldu. Artıq əməliyyatın başlanğıc anlarına dair eksklüziv video kadrlar ortaya çıxıb. Kadrlarda modul tipli, mobil dron idarəetmə mərkəzləri yerləşdirilən yük avtomobilinin xüsusi tapşırıq üçün ərazidən çıxması əks olunur. Bu mobil mərkəzlər FPV və kamikadze dronlarını uzaqdan idarə etmək üçün istifadə olunub.

Əməliyyat çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Rusiya ərazisinin dərinliklərində yerləşən aerodromlara eyni vaxtda koordinasiyalı hücumlar həyata keçiriblər. Hücumlar əsasən Bryansk, Kursk, Tula, Murmansk, İrkutsk və Saratov vilayətlərindəki hərbi hava bazalarına yönəlib.

İlkin məlumatlara görə, Saratov yaxınlığındakı Engels hərbi bazasında yerləşən ən azı 4 strateji Tu-95 bombardmançı təyyarəsi məhv edilib və ya ciddi şəkildə zədələnib. Həmçinin Kurskda yerləşən hava hücumuna qarşı müdafiə sistemləri deaktiv edilib və aerodromun infrastrukturuna böyük ziyan dəyib.

Ekspertlər hesab edirlər ki, bu əməliyyat yalnız bir zərbə deyil, həm də Ukraynanın yeni tipli müharibə aparma strategiyasının təqdimatıdır. Dronların bir-biri ilə real vaxtda koordinasiyası, rəqəmsal komanda strukturları və avtonom qərarvermə imkanları ilə həyata keçirilən “Hörümçək toru” ən müasir PUA taktikalarının sintezi hesab olunur.

Məlumdur ki, "Hörümçək toru" əməliyyatı Rusiya hərbi infrastrukturu üçün ağır strateji zərbə olub. Onlarla təyyarə sıradan çıxarılıb, hava hücumundan müdafiə sistemləri iflic vəziyyətə salınıb, aerodromlar uzun müddət fəaliyyət göstərmək imkanından məhrum edilib. Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Müdafiə Qüvvələrinin bu cür yüksək texnologiyalı və koordinasiyalı hücumları, ənənəvi döyüş taktikalarının dəyişməkdə olduğunu bir daha sübut edir.

Ukrayna tərəfi bildirir ki, bu əməliyyat yalnız başlanğıcdır və "Hörümçək toru"nun növbəti mərhələləri artıq planlaşdırılır. İddialara görə bu unikal əməliyyat təkcə Ukraynanın yox, üç xarici kəşfiyyat xidmətinin hazırladığı əməliyyatdır. Ehtimallara görə, burada Avropa dövlətlərinin kəşfiyyat xidmətləri iştirak ediblər. Bəziləri bunu belə dəyərləndirir ki, “Hörümçək toru”nun davamlı olacağı mesajının verilməsi o deməkdir ki, Qərb, xüsusilə də Avropa dövlətləri belə əməliyyatlarda maraqlıdır.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl AYNA.AZ-a müsahibəsində bildirib ki, Ukraynanın unikal əməliyyatları eyni vaxta təsadüfm etsə də, bu əməliyyatlar 5-10 günə hazırlanmayıb:

- Elan edildiyi kimi, uzun müddət bu əməliyyatlara hazırlıq gedib. Nəzərə almaq lazımdır ki, bu əməliyyatlar Rusiya ilə Ukrayna nümayəndələrinin atəşkəs və sülhlə bağlı İstanbulda keçirilən danışıqlarından bir gün əvvəl həyata keçirildi. Demək ki, Ukrayna İstanbul danışıqlarının nəticəsiz qalacağını əvcvəlcədən bilirdi. Ukrayna Prezidenti Volodimir Zelenski hələ vaxtında Trampa Oval kabinetdə demişdi ki, Rusiya Prezidenti Vladimir Putin diplomatiya ilə müharibəni dayandırmayacaq. Moskva müharibəni güc yolu ilə, yaxud geniş sanksiyaların tətbiqi ilə dayandıra bilər. Ukrayna görür ki, Rusiya nəinki sülhə, atəşkəsə belə hazır deyil. Ola bilər ki, Kiyev və müttəfiqləri İstanbul danışıqlarından bir gün əvvəl belə bir əməliyyatla Moskvanın masada şərtlərini yumşaldacağını zənn etsinlər, amma biz əksini gördük. Rusiyanın İstanbulda təqdim etdiyi memorandum Ukraynanın təslimi deməkdir. Moskva qəbuledilməz şərtlər irəli sürməklə Kiyevin kapitulyasiyasını istəyir. Ukrayna isə kapitulyasiyaya getmək niyyətində deyil və belə unikal əməliyyata əl atır. Bununla Ukrayna həm də Rusiyaya maksimum şəkildə ziyan vurmaq istəyir.

- “Hörümçək toru”nun ardınca Krım körpüsünün vurulması da var. Belə fikirlər var ki, bu, Kiyevin mesajıdır ki, əməliyyatların ardı gələcək...

- Ukrayna bir neçə dəfə Krım körpüsünə zərər verib, əməliyyatlar keçirib. Bununla üçüncü dəfədir ki, Krım körpüsünə qarşı uğurlu əməliyyat keçirilir. Demək ki, üçüncü, dördüncü əməliyyat da keçirilə bilər. Onu da nəzərə almaq lazımdır ki, Krım körpüsü yalnız Rusiya ilə Krımı birləşdirmir, Rusiya bu körpü vasitəsilə Ukrayna cəbhəsinə silah-sursat daşıyır. Ona görə də Krım körpüsü bundan sonra da Kiyevin hədəfində olacaq. Körpüyə dronlar vasitəsilə hücum etmək çətindir, çünki dronların dağıdıcılıq qabiliyyəti azdır. Amma yenə də unikal əməliyyat keçirilməsi istisna deyil.

- “Hörümçək toru” əməliyyatında başqa dövlətlərin kəşfiyyat orqanlarının köməyindən istifadə barədə fikirlər var. Bunu necə qiymətləndirirsiniz?

- Əlbəttə, texnoloji cəhətdən yardımın edilməsi mümkündür və güman ki, bu kömək edilib. Amma əməliyyatın hazırlanması, onun həyata keçirilməsini reallaşdıran insanlar var. Həmin insanlar istər Rusiya ərazisində olsun, istərsə də Krım körpüsündə olsun, onlar Ukrayna xüsusi xidmət orqanmlarının – Həm Təhlükəsizlik Xidmətinin, həm də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır. Yənu bu əməliyyat onların uğurudur. Lakin yenə deyirəm, Ukraynanın müttəfiqləri texnoloji dəstək verə bilərlər, köməklik göstərmiş olarlar. Bütün hallarda isə bu Ukraynanın qəhrəman insanlarının əməyinin nəticəsidir. Hesab edirəm ki, belə əməliyyatlar davam edəcək. Çünki Rusiya nəinki mövqeyindən geri çəkilir, şərtlərini daha da ağırlaşdırır, absurd tələblərlə çıxış edir. Ukrayna isə “Hörümçək toru” ilə Rusiyaya mesaj verir ki, mövqeyindən geri çəkilməsə, daha acınacaqlı halla üzləşəcək. Kiyev danışıqlarda, diplomatiyada sahəsində əlini gücləndirmək üçün unikal əməliyyatlarını davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 İyun 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri