Icma.az
close
up
RU
“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Belə görünür ki, Kreml hələlik Ukrayna kəşfiyyatının keçirdiyi “Hörümçək toru” əməliyyatının şokundan ayıla bilməyib. Əksər ekspertlər strateji aviasiya aerodromlarına edilən hücuma görə mütləq kimlərinsə cəzalandırılacağını güman edirlər. Lakin onu da qeyd edirlər ki, cəza tədbirləri bu cür obyektlərin təhlükəsizliyinə görə cavabdeh olan Müdafiə Nazirliyi, yaxud FSB-nin ən yüksək rütbəli təmsilçilərinə qədər gedib çatmayacaq. Hansı ki, təhlükəsizlik sisteminin bu dərəcədə hazırlıqsız, çürümüş vəziyyətinə görə həm şəxsən Müdafiə naziri, həm də FSB başçısı günahkardır. Normalda bu şəxslər belə biabırçı uğursuzluqdan sonra dərhal istefa verməli idilər. Əsas günahkar isə təbii ki, bu sistemin başında duran və bu qanlı müharibəni başlayan Vladimir Putinin özüdür...

Bu arada Kreml təbliğatçıları bir tərəfdən hücumun əhəmiyyətini azaltmağa çalışır, digər tərəfdən isə isterik şəkildə günahkarların tapılmasını və cəzalandırılmasını tələb edirlər. Lakin təbii ki, bu zaman Müdafiə naziri və FSB başçısı səviyyəsinə qədər qalxa bilmirlər.

Məsələn, Kreml təbliğatının ən çirkin simalarından olan Vladimir Solovyov öz proqramında qeyd edib ki, Müdafiə naziri Andrey Belousov ötən il hərbi aerodromların təhlükəsizliyinin gücləndirilməsi barədə rəsmi göstəriş verib. Solovyov deyib ki, bu əmri icra etməyənlər cəzalandırılmalıdır. Lakin bu zaman konkret rütbələr və adlar çəkməkdən çəkinib.

Əvəzində, təyyarələrin yanmasını öz telefonunda qeydə alan və paylaşan sıravi çağırışçı rus əsgərin güllələnməsini tələb edib: "Onu, bu çağırışçını güllələyə bilərikmi? Biz bu əclafı cərgə önünə çıxarıb vətən xaini kimi güllələməliyik".

Qeyd edək ki, aerodromda xidmət keçən həmin əsgər sadəcə, təyyarələrin necə yandığını kənardan çəkib və paylaşıb. Özü də bu cür çəkilişlər Ukrayna kəşfiyyatının dronları tərəfindən də aparılıb. Solovyov isə Rusiya ordusunu və dövlətini bu günə qoyan şəxsləri yox, 18 yaşlı günahsız əsgəri güllələməyi tələb edir.

Solovyovun bu sözləri hətta millətçi və müharibə tərəfdarı olan Rusiya “Z icması” tərəfindən də hiddətlə qarşılanıb. Məsələn, populyar "Romanov Light" Telegram kanalı Solovyovu “qorxaq” adlandırıb və onun “cəzasızlıqdan başını itirdiyini” yazıb.

Tanınmış “Z bloqer” Roman Alyoxin də Solovyovun bəyanatını kəskin tənqid edərək, onun Müdafiə Nazirliyi rəhbərliyini yox, 18 yaşlı günahsız əsgəri hədəf almaqda ittiham edib.

Onu da qeyd edək ki, çağırışçının güllələnməsini tələb edən Solovyovun özünün övladlarından heç biri nə hərbi xidmət keçiblər, nə də müharibədə iştirak ediblər. Onun bir oğlununsa Londonda yaşadığı və bizneslə məşğul olduğu, eləcə də cinsi mənsubiyyətilə bağlı “probleminin” olduğu deyilir.

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 İyun 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri