Hotel işçisi otaqların təmizlənməsi ilə bağlı iyrənc həqiqəti açıqladı: Lütfən, yaxşıca yuyun
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cənubi Koreyada hoteldə işləyən rusiyalı qadın otaqların təmizlənməsi ilə bağlı xoşagəlməz həqiqəti açıqlayıb.
Oxu.Az Lenta.ru-ya istinadən bildirir ki, bu barədə o, öz "Instagram" hesabında paylaşım edib.
Hotel işçisinin sözlərinə görə, personal həqiqətən də bütün otağı - qabları da, ayaqyolunu da, döşəmələri də bir əski parçası ilə təmizləyir. Proses mətbəxdə başlayır və vanna otağında başa çatır, bundan sonra istifadə edilmiş bez yuyulmağa göndərilir, yeni otaq üçün isə başqası götürülür.
"Həmçinin qədəhlərin parıldaması üçün biz onlara şüşə təmizləyicisi fısqırdırıq. Ona görə də lütfən, hotel qablarında nə isə içməzdən və ya yeməzdən əvvəl hər şeyi yaxşıca yuyun", - deyə o tövsiyə edib.
Eyni zamanda bloqer qeyd edib ki, yataq dəstləri həmişə təmiz olur və hər yeni qonaq üçün təzəsi verilir.
Baxış sayı:35
Bu xəbər 24 İyun 2025 06:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















