Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Anasını hoteldə qətlə yetirməkdə ittiham olunan yeniyetmənin məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, 17 yaşlı A.Q. qəsdən adam öldürməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin yayında Binəqədi rayonunda yerləşən “Crossway” hotelində baş verib. Ana və oğlu eyni gündə Türkiyədən qayıdıb. İttiham aktında yazılıb ki, geyim üstündə yaranmış mübahisə ilə bağlı oğul anası 36 yaşlı Ə.Qasımovanı bıçaqla qətlə yetirib. Yeniyetmə məhkəmədə özünü təqsirli bilib, həbs olunmasını xahiş edib.
Yeniyetmənin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Lakin qanun 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzasının təyin olunmasına icazə vermir.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:434
Bu xəbər 04 Mart 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















